Gəncədə həmyerlisini güllələyən şəxs tutulub

 Gəncə şəhərində həmyerlisini güllələyən şəxs tutulub.

DİN-dən musavat.com-a verilən məlumata görə, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb. Cinayət törədilərkən istifadə etdiyi "TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}