Keçmiş nazirin qardaşının məhkəməsi başladı - SENSASİON İTTİHAMLAR

Keçmiş nazirin qardaşının məhkəməsi başladı - SENSASİON İTTİHAMLAR

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Sozcu.info  xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Rəşad Tahirov 140 min manatlıq mülki iddia qaldırıb. O, Ə.Əvəzovdan ona dəyən ziyanın ödəməsini tələb edib.

Məhkəmədə Ə.Əhmədovun vəkilləri vəsatət qaldırıb. Onlar cinayət işinə xitam verilməsini və müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyiblər.

Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin baxış iclası dekabrın 19-na təyin edilib.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Belə ki, 2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145.2.5-ci (azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb./report/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}