Zirə təcridxanasının iblisanə şöhrəti – “Lütsiferin iqamətgahı”

Zirə təcridxanasının iblisanə şöhrəti – “Lütsiferin iqamətgahı”Yaxud müşahidə kameralarının sayı şitillərindən çox olan istixana...

Sayımızda Zirədə sabiq MTN generalı Akif Çovdarova məxsus daha bir təcridxananın mövcudluğundan bəhs etmişdik. (http://moderator.az/news/118494.html).

Bugünlərdə məlum təcridxana ilə bağlıModerator.az-a yeni informasiya daxil olub. Məlum informasiyada Zirə təcridxanasının mövcudluğu ilə bağlı informasiyanın bu vaxta qədər yalnız məhdud çevrəyə bəlli olduğu və "Lütsiferin iqamətgahı” adı ilə tanındığını bildirib:

"A.Çovdarova məxsus Masazır təcridxanası kimi Zirə təcridxanasının də mövcudluğu Eldar Mahmudov komandasının bütün ölkədə at oynatdığı, öz pəncəsini respublikadan kənara belə uzatdığı dönəmlərdə çox az adama məlum idi. Yalnılz A.Çovdarovun yaxın adamlarından ibarət məhdud çevrə Zirə təcridxanası haqqında məlumatlı idi ki, bu da MTN generalının bu məsələdə məxfiçilik amilinə mühüm diqqət yetirməsi ilə əlaqədar idi.

Maraqlıdır, ki, Masazır təcridxanasından böyük olan və zaman-zaman kifayət qədər "məşhur qonaqlara” şahidlik edən Zirə təcridxanası, Çovdarovun çevrəsində "Lütsiferin iqamətgahı” adı ilə tanınırdı. Zirə təcridxanasının bu cür iblisanə şöhrətə malik olmasına səbəb isə burada daha çox və daha mötəbər şəxslərin amansız işgəncələrə məruz qalması ilə bağlı idi. Zirə təcridxanası ilə tanış olan istənilən şəxsdə şübhə yeri qalmırdı ki, iblis belə cəhənnəmdə bundan daha mükəmməl işgəncə məkanı formalaşdıra bilməz”.

Kamerası şitillərindən çox olan istixana...

 

Mənbənin sözlərinə görə, A.Çovdarov istixana zirzəmisindəki təcridxananın etibarlı mühafizəsini təmin etmək, bu təcridxana ilə bağlı hər hansı məlumat sızıntısına yol verməmək üçün istixananın dörd bir yanını, habelə daxilli ərazisini də saysız-hesabsız müşahidə kameraları ilə əhatəyə alıb:

"Zirə təcridxanasının daha bir özəlliyi burada müşahidə kameralarının hədsiz çoxluğu, habelə bu kameraların istixananın daxili hissəsində - korpuslar arası və korpuslar daxili hissəsində də yerləşdirilməsi ilə bağlıdır. İstixana və onun daxilindəki gizli təcridxananın mühafizəçilər tərəfindən etibarlı şəkildə qorunmasına baxmayaraq, MTN generalı ərazinin texniki vasitələr hesabına mühafizəsinə də xüsusi diqqət yetirib. Çovdarov komandasının üzvləri kameraların hədsiz çoxuğuna işarə edərək yarızarafat-yarıgerçək şəkildə bildirirdilər ki, bura bütün dünyada kameralarının sayı şitillərindən çox olan yeganə istixanadır”.

 

İşsizlər məkanına gətirilən "özəl işçilər”

 

Bilgili qaynağın sözlərinə görə, A.Çovdarova məxsus Zirə istixanası elə ilk dönəmdən kənd sakinlərində şübhəli, müəmmal təəssürat oyadıb. Bunun əsas səbəblərindən biri Zirə kəndindən kimsənin həmin istixanada işə alınmaması olub:

"Bütün Bakı kəndləri kimi Zirə kəndində də işə tələbatın çox olmasına baxmayaraq, A.Çovdarovun inşa etdirdiyi istixana təsərrüfatında Zirə kəndindən bir nəfər də olsun şəxs işə götürülməyib. İş üçün müraciət edən kənd sakinlərinə bildirilib ki, burda şitillərə yüksək aqrotexniki səviyyədə qulluq etməyi bacaran "özəl işçilər” çalışır və onların əlavə işçi potensialına ehtiyacı yoxdur.

Beləliklə də, nəhəng istixana kompleksində çalışan bütün şəxsləri tək-tək seçən, onların yaxın çevrəyə mənsubluğuna xüsusi diqqət yetirən Çovdarov komandası "yad adamların” istixanada çalışmasını özünəməxsus bacarıqla əngəlləyib. Məhz bunun sayəsində istixana daxilindəki təcridxana haqqında informasiyaların yayılmasının qarşısı alınıb”.

Mənbə hesab edir ki, sabiq MTN komandasının ifşasından sonra Zirə təcridxanasına A.Çovdarova yaxın şəxslər tərəfindən "əl gəzdirildiyi”, izi itirmək üçün bəzi addımların atıldığı şübhəsiz olsa da, istər hüquq-mühafizə orqanlarının, istərsə də jurnalist və ya araşdırmaçılar qrupunun Zirə istixanasında aparacağı araşdırma bu təcridxana ilə bağlı maraqlı nüansları üzə çıxarda bilər. Habelə, Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcək sorğu və kənd sakinləri ilə aparılan söhbətin nəticəsi bu istixanaların A.Çovdarova məxsusluğunu təsdiqləyə bilər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}