“Təmiz Şəhər” ASC-nin ərazisindən silah tapıldı - Polis əməliyyatı

 

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətindən Sozcu.info a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi ərazisində yerləşən "Təmiz Şəhər” ASC-nin ərazisindən 1 ədəd pnevmatik tapança, 1 ədəd patron darağı, 1 ədəd alışqansız "F-1” qumbarası və 55 ədəd patron tapılaraq götürülüb: "Aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Mirzəyev və Balahəşimxanlı kənd sakini R.Əliyev 2 ədəd "İJ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri olan 5 nəfərdən "TOZ”, "İJ” və "MR” markalı 5 ədəd ov tüfəngi götürülüb".

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}