Qardaşını qətlə yetirən 19 yaşlı qız cinayət əməlini etiraf etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dogma qardaşını qətlə yetirməkdə ittiham olunan Qusar rayon sakini, 19 yaşlı Alyona Baxışovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Alyona Baxışova ifadəsi elan edildikdən sonar qardaşı Baxış Baxışovu qətlə yetirdiyini etiraf edib.

Xatırladaq ki, ötən məhkəmə prosesində Alyona Baxışova ilkin istintaq zamanı verdiyi ifadəsindən imtina edib və qardaşını qonşuluqda yaşayan ruhi xəstə Ələsgər Səlimovun öldürdüyünü deyib. Həmçinin, o, ilkin ifadəsini təzyiq altında verdiyini bildirib.

Məhkəmənin növbəti prosesi fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonunun Lecet kəndində baş verib.

İstintaqın gəldiyi nəticəyə görə, Alyona Baxışova qardaşı Baxış Baxışovu qətlə yetirib. A.Baxışova ilkin ifadəsində bildirib ki, qardaşı təcavüz etmək niyyətində olduğu üçün onu balta ilə vurub. A.Baxışova qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyiti çıxararaq başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə B.Baxışovun telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb. Mesajın A.Baxışova tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. A.Baxışova ilkin istintaq zamanı qardaşını öldürdüyünü bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti