Bakıda ahıl ər-arvad yaşadıqları evdə öldürüldü

Bakıda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Hüquq-mühafizə orqanlarından lent.az-a bildirilib ki, dünən axşam saatlarında Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 15, mənzil 8 ünvanında meyiti tapılan 1933-cü il təvəllüdlü Əmirova Sona İsmayıl qızının üzərində zorakılıq əlamətləri aşkarlansa da, onun həyat yoldaşı, 88 yaşlı Əmirov Hacı Əli oğlunun üzərində hər hansı zorakılıq əlaməti olmayıb. Məlum olub ki, S.Əmirovanın başına küt alətlə zərbələr endirilib.

Bildirilir ki, ahıl cütlük özlərinə məxsus olan bina evində yaşayırmış. Dünən onların Yasamalda yaşayan qızları Sevda Mirzəyeva polisə zəng edərək bildirib ki, bir neçə gündür valideynləri ilə əlaqə saxlaya bilmir və onlar telefon zənglərinə cavab vermir.

Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ünvana gəliblər və ahıl ər-arvadın öldürüldüyünü görüblər. Cinayətin bir neçə gün əvvəl törədildiyi ehtimal edilir.

*   *   *10:40

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitləri yaşadıqları evdə aşkar edilib.

Meyitlərə baxış keçirilərkən qadının üzərində zorakılıq əlamətləri aşkar edilib. Hadisənin baş vermə səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}