Rusiyaya bağlı qarabağlı biznesmenlərin Yerevana yolu bağlanır? - Solovyev yaxın dostu Seyranın əngəlləndiyini açıqladı

Rusiyaya bağlı qarabağlı biznesmenlərin Yerevana yolu bağlanır? - Solovyev yaxın dostu Seyranın əngəlləndiyini açıqladı

 

Ermənistanın yeni hakimiyyəti qarabağlı investorlara maneələr yaradır. Sozcu.info xəbər verir ki, bu iddia ilə rusiyalı teleaparıcı Vladimir Solovyev "Vesti FM” radiosunun efirində çıxış edib.

 

"Yeni hakimiyyət özünü qəribə aparır. Mənim yaxın dostum var, Seyran, o ora (Ermənistana-red.) milyardlıq biznes aparıb. Layihə hamının xoşuna gəlib, indi isə ona sadəcə olaraq layihəni həyata keçirməyə imkan vermirlər, təkcə ona görə ki, Qarabağdandır”-Solovyev deyib.

Rusiyalı teleaparıcı qeyd edib ki, bu maneə həmin biznesmenin "böyük patriot olmasına və vətənini sevməsinə” baxmayaraq yaradılır. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin antiqarabağ əhval-ruhiyyəsi hər halda mövcuddur.

 

"Tarixən belə gətirib ki, SSRİ-nin dağılmasından sonra Ermənistanda siyasi və iqtisadi rəqabət əsasən iki klan arasında-qarabağlı və yerevanlı klanları arasında gedib. Üstəlik bu klanların xarici siyasət simpatiyaları kifayət qədər aydın fərqlənir: qarabağlılar Rusiyaya simpatiya bəsləyir, "yerevanlılar” isə Qərbə”-Solovyevin bu çıxışı ilə bağlı "Krasnaya vesna” agentliyi bildirir.

Rusiyalı teleaparıcı hansı qarabağlı biznesmendən söhbət getdiyini dəqiqləşdirməsə də virtualaz.org qeyd edir ki, həmin Seyran Xankəndindən olan rusiyalı erməni, "For Direction” adlı şirkətin sahibi Seyran Karapetyandır. Karapetyanın şirkəti Azərbaycanın işğal altındakı ərazilərində tikinti, istehsalat, investisiyalar və ticarətlə məşğuldur. Qarabağda çoxmərtəbəli binalar, ticarət mərkəzləri tikib, xeyriyyəçilik edib. Əsgəran rayonunun "Xaçmaç” adı verilmiş kəndində hər yeni doğulan uşağa görə "For Direction” şirkətindən 1000 verilir.

Ermənistanda hakimiyyətini itirən qarabağlı klanı-keçmiş kriminal rejim hazırda Nikol Paşinyana qarşı revanş götürməyə can atır və bu məqsədlə Qarabağ kartından istifadə etməyə çalışır. Keçmiş rejimin əlində hələ də böyük mediavə maliyyə resursları var, onun tərəfdarları Paşinyanı "torpaqları qaytarmaq” hazırlığında ittiham edir. Məlumatlara görə Rusiyadan olan bir sıra erməni oliqarxları da Ermənistana yatırımları dayandırır və kapitalını geri çəkir, bununla da Paşinyanın hökumətini sarsıtmağa çalışır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}