“Biz daha sərt addımlar atmağa məcbur olacağıq” - NAMİZƏD SƏFƏROV

“Biz daha sərt addımlar atmağa məcbur olacağıq” - NAMİZƏD SƏFƏROV

 

"Hakimiyyətin istefaya getməsinə nail olacağıq”

"Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçün zərrə qədər də addım atılmayıb”

Bildiyimiz kimi, 19 yanvar mitinqindən sonra Milli Şura iki dəfə - 26 yanvar və 23 fevralda mitinq keçrimək barədə qərar qəbul etsə də, Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədi. Buna baxmayaraq, Milli Şura şənbə günü, mart ayının 2-də, saat 15-də "Məhsul” stadionunda mitinq keçirmək barədə qərar verdi və bununla bağlı hakmiyyət orqanlarını xəbərdar etdi.

Qeyd edək ki, əvvəl olduğu kimi mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, soyğunçu bank kredidtlərinin ləğvi, uşaq pulları ilə bağlı problemlərin həll edilməsi və.s. idi. Lakin hakimiyyət Milli Şuranın martın 2-də keçirmək istədiyi mitinqə də icazə vermədi.

Sozcu.infoxəbər verir ki, dünən Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunu təşkilatçılardan Vidadi Məhərrəmov və İlham Hüseyn götürüb.

Məktubda qeyd olunub: "Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən dərhal sonra bəzi toplantı iştirakçıları tərəfindən yol verilmiş qanun pozuntuları, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmələri və polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri şəhər sakinlərinin haqlı narazılığına, Bakı Şəhər İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlərinə səbəb olub və bu haqda müraciətlər hələ də davam etməkdədir.

Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb.

Bu da mitinq təşkilatçılarının "Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yaradır. Qeyd olunanları və "Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq 2 mart 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda planlaşdırılan mitinq məqsədəuyğun hesab edilmir”.

Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti bu qərarından sonra Milli Şura yenidən mitinqi təxirə salacaq, yoxsa icazəsiz aksiyalara üstünlük verəcək?

"Qarşıdurma yaranmasın deyə, 23 fevralda keçiriləcək mitinqə etirazı qəbul etdik”

“Biz ardıcıl olaraq mitinqlərin keçirilməsində israrlıyıq” - NAMİZƏD SƏFƏROV

Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərov "Hürriyyət”ə dedi ki, hər hansı bir etiraz aksiyasının keçirilməsi "Sərbəst toplaşmaq haqqında” qanunla vətəndaşların və ya o qrupun hüququdur. Sadəcə olaraq bu keçirilən aksiya barəsində məlumat verilir və biz də bu barədə İcra Hakimiyyətinə məlumat vermişdik. Təkrar edirəm ki, əvvəl olduğu kimi yenə də Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyətlərini aşaraq vətəndaşın və ya qrupun müvafiq halda etiraz aksiyası keçirmək barədə məktubunu rədd edir, bu və ya başqa səbəblərdən həmin aksiyanın keçirilməsini məqsədəmüvafiq hesab etmir. İcra Hakimiyyətinin belə bir aksiya keçirilməsini rədd etməsi qanunsuzdur. Biz sadəcə olaraq bunu nəzərinə çatdırırıq, keçircəyimiz mitinq barədə məlumat veririk. Yəni bu mitinqin keçirilməsinə yer müəyyən olunmalıyıdı, təhlükəsziliyin təmin edilməsi İcra Hakimiyyətinin vəzifəsidir, borcudur. Onların mitinqə qadağa qoymaq hüququ yoxdur. Lakin buna baxmayaraq, biz yenə də qarşıdurma yaranmasın deyə, 23 fevralda keçiriləcək mitinqə etirazı qəbul etdik. Yəni qəbul etdik deyəndə qarşıdurmadan qaçmaq üçün onlarla qarşıdurmaya getmədik və ona görə növbəti mitinqi mart ayının 2-nə təyin etdik. Hesab edirəm ki, İcra Hakimiyyəti hər bir halda bizim mitinq keçirmək barədə müraciətimizə müsbət cavab verməli idi. Bu aksiyanın keçirilməsi məqsədə müvafiq olmayan hesab edilə bilməzdi. Düşünürdük ki, Bakı Şəhər İcra Hakimiyyətində nəhayət, bir ağıllı adam tapılacaq və vətəndaşların sərbəst toplaşmaq hüququna hörmətlə yanaşılmasına göstəriş verəcək. Şəxsən mən də bu fikirdəydim ki, bu dəfə sərbəst surətdə mitinq keçirməyə razılıq verəcəklər. Bir halda ki, bu dəfə də İcra Hakimiyyəti öz səlahiyyətlərini aşaraq vətəndaşların sərbəst toplaşmaq hüququnu, o cümlədən Azərbaycan Respbulikasının Konstitusiyasının tələblərini pozdu, biz artıq daha sərt addımlar atmağa məcbur olacağıq”.

"İnsanlar işsizlikdən, pulsuzluqdan dilənçi kökündə yaşayırlar”

"Bildiyiniz ki, 19 yanvar mitinqi olduqca möhtəşəm keçdi, kütləvi insanlar iştirak etdi, etirazlarını bildirdilər. Axı, hakimiyyət həmişə iddia edirdi ki, onun apardığı xarici və daxili siyasətdən narazı qalan insan yoxdur, hamı razıdır. Demişdilər ki, Avropada ən yaxşı yaşayan, yüksək səviyyədə həyat tərzinə malik olan Azərbaycandır. Halbuki, insanlar işsizlikdən, pulsuzluqdan dilənçi kökündə yaşayırlar. Ona görə də insanların etiraz mintiqinə bu qədər çox gəlmişdi. Bilirsiniz ki, hakimiyyət insanların mitinqə gəlməsinin qarşını almaq üçün dəridən-qabıqdan çıxır, həbs edir, yolları kəsir, insanların mitinqə gəlmək hüquqünu məhdudlaşdırır, mitinqə gəlməyə qoymur. Lakin buna baxmayaraq, doğurdan da möhtəşəm bir mitinq keçirildi və "Məhsul” stadionu demək olar ki, tam etirazçılarla doldu. Hakimiyyət də bilir, insanlar arasında sorğu aparırlar ki, insanların narazılığı gündən-günə artır. Ona görə də ondan sonra, bəzi kosmetik islahatlar aparmağa məcbur qaldı. Mən hesab edirəm ki, bunların hamısı xalqın başını aldatmaq məqsədilə edilir, heç bir real islahatlar aparılmayıb. Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçün zərrə qədər də addım atılmayıb. Televiziyalarda deyilənlər hamısı yalandır. Yəni insanların maddi rifah halını yaxşılaşdırmaq üçün real addımlar atmaq, islahatlar aparmaq lazımdır, hansı ki, bu hakimiyyət buna qadir deyil. Əgər üzərində zərrə qədər də abır-həya varsa, bu hakimiyət şələ-şüləsini yığışdırıb, getməlidir, artıq insanlar son həddə çatıblar.

Hakimiyyət bilirdi ki, növbəti mitinqimiz də möhtəşəm keçəcək. Odur ki, bu aksiyanın keçirilməsinə imkan vermədi. Amma biz hakimiyyətin istefaya getməsinə nail olacağıq. Hakimiyyət xalqla qarşıdurmaya getməyəcəkdir. 26 ildir ki, bunlar hakimiyyətdədirlər, xalqın, bu ölkənin rifahı, torpaqlarımızın işğaldan azad olunması naminə heç bir addım atmayıblar. Xocalı soyqırmını nə qədər qeyd etmək olar? Xocalının intiqamının alınması üçün heç bir addım atmır. Bu, yararsız bir hakimiyyətdir. Bu hakimiyyət xalqın hakimiyyəti deyil və getməlidir. Biz bu hakimiyyətdən bunu tələb edirik”,-deyə Şura üzvü qeyd etdi.

"Mən bunların hamısını yalan hesab edirəm”

"Deyirsiniz ki, kosmetik islahatlar aparılıb. Ancaq minimum əməhaqqı 50 manat artırıldı, sonra struktur islahatları aparıldı, indi də problemli kreditlərlə bağlı hökumət tədbir görmək istəyir” dedikdə N. Səfərov belə dedi "Mən bunların hamısını yalan hesab edirəm. Ən yüksək səviyyədə hakimiyyət təmsilçiləri çəkinmədən, utanmadan xalqın qarşısına çıxıb yalan danışırlar. Bu deyilənlərin hamısı yalandır. Heç bir kəsin əməkdahaqqısı 50 manat artmayıb. 150 manat əməhaqqı alan bir vətəndaşın 50 manat əməkhaqqısı artırılması onun dərdinə çarə deyil. Bu, xalqın başını aldatmaqdır. İkinci bir tərəfdən də bunların hamısı yalandır, heç kimin əməkhaqqısı, pensiyası, uşaq pulu 50 manat artmayıb. O vətəndaş ki, 150 manat alırdı, sabah gəlib deyəndə ki, 200 manat almışam, onda deyərsiniz ki, onun əməkhaqqısı, pensiyası, müavinəti 50 manat və yaxud neçə faiz artıb. Bunların hamısı yalandır. Bunu xalqın başını aldatmaq üçün edirlər. İkinci bir tərəfdən ərzaq, gündəlik tələbat məhsulları ildırm sürətilə qalxır. Gedin, məhsulların qiymətlərinə baxın. Bir tərəfdən qiymətləri artırırlar, digər tərəfdən 1-2 manat artırdıqlarını elan edirlər. Reallıqda isə heç bir əməkhaqqı, müavinət, pensiya artmayıb. Bu, yalandır, vətəndaşları aldatmaq üçün addımlardır. Sadəcə olaraq Hadı Rəcəbli kimi şəxslərin televizyaya çıxmasından başqa uzağa getmir”.

"Biz bilirik ki, ölkədə əmək qabiliyyətli insanların 80 faizi işləmir”

"Bu artım martın 1-dən sonraya nəzərdə tutulur” deyə N. Səfərovun nəzərinə çatdırdıqda isə onun cavabı bu cür oldu: "Aprel ayında bir nəfər dursun, desin ki, mənim əməkhaqqım bir manat artıb. Hamısı yalandır. Bunlar 26 ildir ki, xalqı aldadırlar. Guya, kommunizim qururlar, Avropada ən yaxşı həyat şəraiti yaradıblar. Biz bilirik ki, ölkədə əmək qabiliyyətli insanların 80 faizi işləmir, işləyən hamısı öz adamları, müxalifətin üzünə duranlar, hakimiyyəti əldə saxlamaq istəyənlər, savadsızlar, nadanlardı. Daxili İşlər Nazirliyinin əməkdaşlarının sayını 100 dəfə tələb etmişik ki, neçə nəfər işlədiyini xalqa bildirək. Axı, xalqın, vergi ödəyicilərini hesabına onlara əməkhaqqı verilir. Nəyə görə, deklarasiya vermirlər ki, bunlar nə qədərdir? İkinci bir tərəfdən qanun var, milli Milli Məclisin deputatları, məmurlar, Prezindent Aparatı, prezindet özü, ailə üzvləri aldıqları əməkhaqqı, əmlakları barədə deklarasiya verməlidirlər. Nəyə görə, bu deklarasiyanı vermirlər ki, xalq bilsin bunlar kimdirlər, ondan sonra danışarıq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}