Türkiyə-ABŞ müharibəsi BELƏ BAŞLAYACAQ: Qardaş ölkəyə HÜCUM SSENARİSİ

Türkiyə-ABŞ müharibəsi BELƏ BAŞLAYACAQ: Qardaş ölkəyə HÜCUM SSENARİSİ

 

ATO və ABŞ-ın hərbi dairələrində Türkiyəni hədəf alan hərbi ssenarilərin sayı artmaqdadır.

"Yeni Şəfəq” nəşri xəbər verir ki, bunlardan biri Amerika Dənizçilik İnstitutunun nəşr etdiyi "Donanma Taktikaları və Dəniz Hərəkatı” kitabında yer alıb.

Sssenaryə görə, Türkiyə və ABŞ Egey dənizində döyüşür, ABŞ-ın 6-cı donanması Türkiyə donanmasına hücum edir. Giriş hissəsi ABŞ Dəniz Qüvvələri Komandanı Con Riçardsonun yazdığı kitabda "Egey Savaşı” adlanan bölmə var. Ssenariyə görə, Türkiyə-Yunanıstan gərginliyi geri dönüşü olmayan bir mərhələyə gəlir. Bölgədəki ABŞ donanması Yunanıstanı dəstəkləyir və iki dəniz gücü qarşı-qarşıya qalır.

Ssenariyə görə, Yunanıstan Cənubi Kiprdə taktik balistik raketləri yerləşdirməyi planlaşdırır. Türkiyə bununla bağlı Afinaya sərt şəkildə xəbərdar edir. Yunanıstan geri addım atmır və Kipr istiqamətində hərəkət edən yunan gəmiləri Türkiyə ordusu tərəfindən batırılır. Hadisələrə bundan sonra ABŞ qoşulur. Sssenariyə görə, bölgədə olan ABŞ-ın 6-cı donanması Türkiyəyə qarşı Yunanıstanın tərəfində yer alacaq.

Beləliklə, kitab Türkiyə və Yunanıstan arasında potensial müharibədə ABŞ-ın tutacağı mövqe ilə bağlı açıq ipucları verir. Bundan başqa, Amerika düşüncə quruluşları ABŞ ilə bir NATO üzvü arasında qarşıdurma ola biləcəyi ehtimalının yüksək olduğunu ortaya qoydu./publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}