Braziliyadan Qüdslə bağlı YENİ QƏRAR

Braziliyadan Qüdslə bağlı YENİ QƏRAR

 

Braziliya Qüds şəhərində diplomatik ofisini açıb.

Sozcu.info xəbər verir ki, bu barədə İsrailin nəqliyyat naziri və xarici işlər nazirinin nümayəndəsi Yisrael Katz deyib.

Nazir sosial media hesabından verdiyi açıqlamada Braziliyanın dövlət başçısı Yair Bolsonaronun İsrailə səfəri əsnasında Qüdsdə açılan diplomatik ofis üçün təşəkkür etdiyini bildirib.

Katz diplomatik ofisin məzmununa dair heç bir məlumat verməyib.

Qeyd edək ki, Braziliyanın dövlət başçısı Yair Bolsonaro daha əvvəl İsraildəki səfirliklərinin Qüdsə köçürüləcəyini açıqlamışdı. O, Qüdsdə bir ticarət ofisi aça biləcəklərini də vurğulamışdı.

İsrail mediasının veridyi informasiyaya görə, Braziliya lideri ölkəyə 3 günlük rəsmi səfərə gəlib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}