Rusiyanın dəniz donanmasında hərbçini SUYUN ALTINDA ƏMƏLİYYAT ETDİLƏR

 

Sozcu.info xəbər verir ki, Rusiyanın Qara Dəniz Donanmasının tarixində ilk dəfə sualtı qayıqda xidmət edən dənizçi dənizin altındakı sualtı qayıqda əməliyyat edilib. Məlumatı Qara Dəniz Donanmasının mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, cərrahiyyə əməliyyatı hərbi hazırlıq tapşırığının həyata keçirilməsindən sonra dənizin altında qalan "Krasnodar” sualtı qayığında aparılb. Heyət üzvlərindən birinə appendisit diaqnozu qoyulub və rəhbərlik qərara alıb ki, əməliyyat elə sualtı qayıqda aparılsın – çünki xəstəni təcili şəkildə quruya çatdırmaq mümkün deyildi.

Əməliyyatı sualtı qayığın tibbi xidmətinin rəisi, həkim-cərrah leytenant Dmitri Yujanin aparıb. 5 kvadrat kilometrə qədər sahəsi olan kayutda "əməliyyat otağı” hazırlanıb. Əməliyyat dörd saat davam edib.

Hazırda xəstənin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir, "Krasnodar” qayığı sahilə yan alan kimi, müalicəsinin davam etdirilməsi üçün dənizçi tibb müəssisəsinə yerləşdiriləcək.

Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}