ABŞ-dan çevrilişlə bağlı etiraf kimi açıqlama: “BİR MÜDDƏT İDİ Kİ...”

 

ABŞ-dan çevrilişlə bağlı etiraf kimi açıqlama: “BİR MÜDDƏT İDİ Kİ...”

 

Sozcu.info xəbər verir ki, Venesuelada özünü prezident elan edən, ABŞ tərəfindən dəstəklənən Quaydonun çevriliş çağırışından sonra Amerikadan maraqlı bir açıqlama səslənib. ABŞ-ın mövqeyini təmsil edən Con Bolton Venesuelada baş verənlərin çevriliş cəhdi olmadığını iddia edib: "Bu bir çevriliş cəhdi deyil. Xuan Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyırıq. ABŞ prezidentinin Müdafiə Nazirinə əmr verməsi çeviliş olmadığı kimi, Xuan Quaydonun da Venesuela ordusuna komanda verməyə çalışması çevriliş deyil”.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton etiraf kimi bir açıqlama verərək, Birləşmiş Ştatların Venesuelada yaxın zamanda hökumət dəyişikliyi gözlədiyini bildirib: "Bir müddətdir ki, Madurodan sonrakı gün edəcəklərimizi planlaşdırırıq”.

O, bu sözləri Venesuelada baş verən hadisələrlə bağlı Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən səsləndirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}