ABŞ-ın sirr kimi saxladığı dəhşətli silahı ortaya çıxdı - Partlamadan öldürən YEGANƏ BOMBA

ABŞ-ın sirr kimi saxladığı dəhşətli silahı ortaya çıxdı - Partlamadan öldürən YEGANƏ BOMBA

 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) 2017-ci ildən bəri Liviya, Suriya, İraq, Yəmən və Somalidəki hərbi-dəniz əməliyyatlarda partlamayan gizli raketlərdən istifadə edib.

Sozcu.info xəbər verir ki, bu iddianı "Wall Street Journal” qəzeti yayımlayıb.

Nəşrin mövcud və sabiq amerikalı məsul şəxslərə istinadən verdiyi xəbərə görə, sirr kimi saxlanılan silah "Hellfire” raketinin dəyişdirilmiş versiyasıdır. "R9X” adı verilən bu silah partlamır, sadəcə olaraq ağırlığı ilə avtomobillərin üzərini və evlərin damlarını deşərək potensial hədəfinin üzərinə düşür. Raket 6 ədəd uzun bıçaqla təchiz olunub. Bu bıçaqlar hədəfə çatmamışdan bir neçə saniyə əvvəl raketdən ayrılır və qarşısına çıxan bütün maneələri dəf edir. Mütəxəssislər bu silahı "ninja-bomba” adlandırır.

Həmçinin qeyd olunub ki, ABŞ əsgərləri bu raketlərdən nadir hallarda, sadəcə müəyyən şərtlərdə istifadə edir. Məsələn, bir terror qruplaşması liderinin yerinin dəqiq olaraq təsbit olunduğu və ətrafdakı mülki şəxslərin normal silahlardan zərər çəkməməsi üçün bu raketlərə müraciət edilir. Hərbi qaynaqların verdiyi məlumata görə, Liviya, Suriya, İraq, Yəmən və Somalidə bu raketdən istifadə olunub.

Nəşr ABŞ-ın bu silah üzərində 2011-ci ildən bəri işlədiyini yazıb. "R9X” raketi sabiq prezident Barak Obamanın dövründə hava hücumlarından mülki şəxslərin zərər çəkməməsi məqsədilə inkişaf etdirilib. Bu raketin "1 nömrəli terrorçu” adlandırılan Usamə Bin Ladeni yox etmək üçün B planı kimi nəzərdə tutulduğu da qeyd olunub.

Zümrüd

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}