Səudiyyə Ərəbistanı və BƏƏ gəmilərində TƏXRİBAT - İRAN XƏBƏRDARLIQ ETMİŞDİ

Səudiyyə Ərəbistanı və BƏƏ gəmilərində TƏXRİBAT - İRAN XƏBƏRDARLIQ ETMİŞDİ

 

Sozcu.info  xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri müxtəlif ölkələrdən olan 4 ticarət gəmisinin ölkənin Füceyrə rayonunun sahil sularının yaxınlığına təxribata məruz qaldığını bildirsə də, təxribatın insan itkisinə və zərərli maddə, yaxud da yanacaq sızmasına səbəb olacaq maddi zərər vurmadığı deyilmiş, əlavə detallı məlumat verməmişdi. Açıqlamada məsələ ilə bağlı istintaqın başlandığı bildirilib.

Bu gün Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl Faleh də onlara məxsus iki neft tankerinin BƏƏ-nin Füceyrə rayonunun sahillərində "təxribata məruz qaldığını” bəyan edib. Falih gəmilərdə ölən və yaralananların olmadığını, lakin ciddi maddi zərər gördüyünü bildirib.

Füceyrə limanı Hörmüzd boğazından 70 mil məsafədə yerləşir.

İranın Səudiyyə Ərəbistanına təxribat ola biləcəyi barəsində xəbərdarlıq etdiyi xatırlanıb.

BƏƏ limanında partlayış iddiası

Dünən mərkəzi Livanda yerləşən və Hizbullah təşkilatına yaxın kanal olan Əl-Mayadeen, BƏƏ-dəki 7 əmirlikdən biri olan Füceyrə şəhərində ard-arda bəzi şiddətli partlayışlar baş verdiyini iddia eləmişdi. Telekanalın hadisənin şahidlərinə istinad elədiyi xəbərdə hətta liman şəhəri sahilində baş vermiş partlayışdan sonra Amerika və Fransa hərbi təyyarələrinin bölgədə uçduqları bildirilmişdi. Lakin BƏƏ-nin WAM rəsmi informasiya agentliyi Füceyrə limanında partlayış olduğuna dair xəbərin doğru olmadığını bəyan eləmişdi.

Qeyd edək ki, neft tankerlərində baş vermiş təxribatı kimlərin törətdiyi bəlli deyil.

Xəbər verdiyimiz kimi, may ayının əvvəllində, ABŞ-ın İranla ticarətə icazə verdiyi 8 ölkənin də icazə möhlətinin başa çatdığı barəsində açıqlama verməsindən sonra İranın İnqilab Keşikçiləri Korpusunun komandiri olan Qasım Süleymani İranın neft satışının qarşısının alınacağı təqdirdə, bölgədəki digər ölkələrin də neft satışını tamamilə əngəlləməyə hazır olduqlarını bəyan eləmişdi.

İran prezidenti Həsən Ruhani də bənzər təhdidlə çıxış eləmişdi. ABŞ-ın müttəfiqlərini təhdid edən Həsən Ruhani Avropa səfərinin ilk dayanacağı olan İsveçrədə İran lobbisi ilə görüşündə demişdi:"Biz neft ixrac eləmədiyimiz halda bölgə neftinin ixrac edilməsi mümkündürmü? Əgər belə etsəniz, mənfi nəticələri ilə də qarşılaşacaqsınız. İxracatımız azalsa, Hörmüzd boğazını bağlayacağıq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}