Ön cəbhədən həmin komandan daha 10 min əsgər istədi - BÖYÜK MÜHARİBƏNİN ASTANASINDA

Ön cəbhədən həmin komandan daha 10 min əsgər istədi - BÖYÜK MÜHARİBƏNİN ASTANASINDA

 

ABŞ-la İran arasında mümkün hərbi toqquşma riskinin artması ilə əlaqədar Birləşmiş Ştatların Mərkəz Komandanlığı (CENTCOM) Pentaqondan daha 10 min hərbçinin göndərilməsini istəyib.Sozcu.info  xəbər verir ki, bu haqda beynəlxalq informasiya agentlikləri bildirir.

"Reuters” xəbər verir ki, CENTCOM rəhbəri, kontr-admiral Kennet Makkenzi Pentaqona onun sərəncamında olan qüvvələrə dəstək üçün 5 min hərbçinin göndərilməsi haqda sorğu verib. "Assosiated Press” isə bildirir ki, komandan 5 min yox, 10 min hərbçinin göndərilməsini istəyir. Lakin hər iki agentlik əlavə qüvvələrin "sırf müdafiə məqsədləri üçün” cəlb edildiyni bildirir.

 

Xatırladaq ki, bu günlərdə Pentaqon CENTCOM-un sərəncamına 5 minlik kontingent, "Avraam Lincoln” təyyarədaşıyanını, desant gəmisini və esminetsləri, habelə strateji bombardmançıların operativ qruplaşmasını və "Petriot” zenit-raket komplekslərini göndərmişdi. ABŞ hərbi rəhbərliyi bunu İranın Yaxın Şərq regionunda Birləşmiş Ştatların və müttəfiqlərinin maraqlarına qarşı hansısa hücumlar hazırlaması ilə əsaslandırmışdı.

Habelə xəbər verilir ki, Yaxın Şərq regionuna "Petriot” komplekslərinin əlavə batareyalarını və "İran tərəfdən potensial təhdidlərdən müdafiəni gücləndirmək üçün” gəmiləri göndərmək məsələsi müzakirə olunur.

"Reuters”in bildirdiyinə görə Pentaqonun hələlik admiral Makkenzinn sorğusuna necə cavab verəcəyi məlum deyil, çünki belə sorğular ABŞ-ın bütün komandanlıqlarından müntəzəm olaraq daxil olur, amma əksər hallarda həmin sorğular təmin edilmir.

"Assosiated Press” isə bildirir ki, CENTCOM-un sərəncamına əlavə qüvvələrin göndərilməsi planı haqda Pentaqon bu gün mayın 23-də elan edə bilər.

Daha əvvəl xəbər verilmişdi ki, Pentaqonun Yaxın Şərqə 120 minlik kontingentin göndərilməsini nəzərdə tutan planı var. Amma həmin xəbər rəsmən təsdiqlənməyib.

Bu arada rusiyalı hərbi analitik Konstantin Sivkov ABŞ-la İran arasında toqquşma nın başlanğıcında Birləşmiş Ştatlar ordusunun hansı itkilər verə biləcəyini proqnozlaşdırıb. Onun fikrincə, döyüşlərin ilk saatlarında İran əməliyyat-taktiki və orta mənzilli ballistik raketləri tətbiq edərək ABŞ-ın regiondakı bazalarını vura bilər. Bu zaman ABŞ-ın 4-5 aviabazasının vurulması onun qüvvələrini 2-3 günlüyə sıradan çıxarar, çünki təyyarələrin və vertolyotların 15 faizi döyüş vəzifələrini yerinə yetirə bilməyəcək. Həmin zərbələr nəticəsində ABŞ-ın yüzlərlə hərbçi itirməsi mümkündür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}