Bərzani “Peşmərgə qayıtmasa, Kərkükdə əmin-amanlıq olmayacaq” deyə təhdid etdi - Bir neçə saat sonra türkmən şəhərinin küçələri qana boyandı

Bərzani “Peşmərgə qayıtmasa, Kərkükdə əmin-amanlıq olmayacaq” deyə təhdid etdi - Bir neçə saat sonra türkmən şəhərinin küçələri qana boyandı

 

7 partlayış, 3 şəhid, 18 yaralı var

Sozcu.info  xəbər verir ki, İraqın Kərkük şəhərində türkmənlərin sıx yaşadıqları rayonlarda dünən axşam iftar saatlarında 7 ayrı məntəqədə bomba partlayışı baş verib. Kərkük polisi şəhərin Qüds prospekti və Bağdad yolu bölgələrində baş vermiş 6 partlayış nəticəsində 3 nəfərin öldüyünü və 18 nəfərin də yaralandığını bildirib.

Şahidlər ard-arda baş verən terror aktlarının ikisinin əvvəlcədən yerləşdirilmiş bomba, ikisinin səs bombası və digər iki partlayışın bomba yüklü maşınların partladılması nəticəsində meydana gəldiyini söyləyiblər. Hücumları heç bir terror təşkilatı öz üzərinə götürmyib, İraqlı məmurlar bu cür hücumların arxasında İŞİD terror təşkilatının dura biləcəyi versiyasını irəli sürüblər.

Bərzaninin təhdidli təklifi

Lakin Şimali İraq kürdlərinin lideri Məsud Bərzaninin dünən "Peşmərgə Kərkükə geri dönməyəcəyi müddətdə Kərkükdə təhlükəsizlikdən söhbət gedə bilməz” açıqlaması verməsindən cəmi bir neçə saat sonra Kərkükün xüsusilə də türkmənlərin sıx yaşadıqları rayonlarında ard-arda partlayışlar baş verməsi türkmənlər tərəfindən təhdid kimi qəbul edilib.

KYB: "Peşmərgə qayıtmalıdır”

Həmçinin, Şimali İraqda hakim olan Kürdüstan Yurdsevərlər Birliyi (KYB) partiyası Kərkükün 7 müxtəlif nöqtəsində baş verən partlayışlardan sonra yazılı açıqlama verərək, İraqın baş naziri Adil Əbdülmehdiyə müraciətlə Kərkükdə təhlükəsizliyin təmin edilməsi üçün Peşmərgə qüvvələrinin yenidən oraya yerləşdirilməsi çağırışı ediblər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}