“Huawei” ABŞ nazirliyini məhkəməyə verdi

“Huawei” ABŞ nazirliyini məhkəməyə verdi

 

Çinin nəhəng texnologiya şirkəti "Huawei”nin ABŞ-dakı şöbəsi ABŞ Ticarət Nazirliyini məhkəməyə verib.

Sozcu.info xəbər verir ki, buna səbəb nazirliyin şirkətin test üçün yolladığı avadanlıqları girov götürməsidir.

Məhkəməyə təqdim olunan dosyedə qeyd olunan detallara görə, "Huawei” 2017-ci ildə bir kompüter serveri və bir "Ethernet” açarı daxil olmaqla, Çində istehsal olunan bəzi telekommunikasiya avadanlıqlarını Kaliforniyadakı müstəqil sertifikat testinə göndərib.

Labaratoriyadakı analizlər tamamlandıqdan sonra avadablıqların Çinə göndərilməsi planlaşdırılıb. Ancaq ABŞ Ticarət Nazirliyi 2017-ci ilin sentyabrında avadanlıqların ixracatı üçün icazənin alınmadığını bildirib və bu səbəbdən məhsulları girov götürüb. Şirkət 2 ildir gözləsə də, nazirlikdən məhsulların geri qaytarılması ilə bağlı dəqiq tarix verilməyib. "Huawei” də bunu qeyri-qanuni münasibət hesab edərək nazirliyi Vaşinqton Məhkəməsinə şikayət edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}