Gürcüstanda etirazçılar Daxili İşlər nazirinin istefasını tələb edib - FOTO

 

Gürcüstanda 17-ci gündür etiraz aksiyaları davam edir.

Parlament binası qarşısına toplaşan etirazçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını və 20-21 iyun tarixlərində baş verən hadisələrə görə məsuliyyəti onun öz üzərinə götürməsini tələb ediblər. Mitinqə "Vahid Milli Hərəkat" partiyasının üzvləri də qoşulub.

Hazırda Tbilisinin Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. \\APA

 




Oxşar Xəbərlər

Xəbər lenti