AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNDƏ RUSİYA TƏXRİBATI...

AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNDƏ RUSİYA TƏXRİBATI...

 

Kamran Sultanlı: "Azərbaycan və Gürcüstan arasında əlaqələrin gərginləşməsində üçüncü tərəfin maraqlı olması aydındır”

"Qonşuların qarşısında qətiyyətli addımlar atmaq üçün güclü olmalıyıq”

Srağagün DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilməsi gürcülərin Azərbaycana qarşı sayğızlığının təkrar göstəricisidir. İnsidentlə bağlı Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilsə, baş vermiş hadisə birgə araşdırılsa da, gürcülərin gələcəkdə bu kimi hallara yol verəcəyi sözsüdür. Çünki artıq bu, necəci dəfədir ki, gürcülər Azərbaycana və azərbaycanlılara qarşı bu cür addımlar atırlar. Ona görə, bu dəfə Gürcüstan hökumətinə çox ciddi xəbərdarlıq olunmalıdır.

Qeyd edək ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

""Gürcü Marşı” və "Gürcü Vətənpərvərlər Alyansı” kimi qruplar aktiv rusyönümlü mövqe sərgiləyirlər”

Gürcülərin Keşikçidağ kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı politoloq Kamran Sultanlı "Hürriyyət”ə dedi ki, Azərbaycan və Gürcüstan arasında əlaqələrin gərginləşməsində üçüncü tərəfin maraqlı olması aydındır: "Rusiya Cənubi Qafqazı blokadada saxlamaq üçün Gürcüstanda bütün rıçaqlardan yararlanır. Son illər Gürcüstanda "Gürcü Marşı” və "Gürcü Vətənpərvərlər Alyansı” kimi qruplar aktiv rusyönümlü mövqe sərgiləyirlər. "Gürcü Marşı” ölkənin Avro-Atlantik inteqrasiyasına qarşı çıxır və Rusiya ilə yaxınlaşmağı zəruri sayır. Həmçinin "Gürcü Vətənpərvərlər Alyansı” da Abxaziya və Osetiya münaqişəsinin həlli naminə yalnız Rusiya ilə kompromisi üstün hesab edir”.

"Rusiya Cavaxetiya ermənlərindən də aktiv istifadə edir”

"Əgər fikir versək, son 1 həftə ərzində "Vətənpərvərlər Alyansı”nın bir-neçə deputatı Moskvada səfərdə olub. Gürcüstanda Anakliya limaninin inşa edilməsi ideyası, burada ABŞ-ın baza açmaq arzusu, Qara dənizdə güclənməyə başlayan NATO dövlətləri Rusiyanı narahat edir. Moskva nə yolla olursa-olsun, Qara dənizdəki gücünün balanslaşmasını arzulamır və buna görə Gürcüstandaki dini və milliyətçi qruplardan istifadəyə davam edir. Bir amili də unutmuyaq ki, Gürcülərdə dini hisslər milliyətçi ideyalarla parallelik təşkil edir. Son günlər Rusiyanın "Geo Avrasiya” ideyalarının müəllifi Duqinə yaxınlığı ilə seçilən Abaşidze də ölkəyə qayıdıb və ölkədə fəallaşmaqdadır. Həmçinin Rusiya Cavaxetiya ermənlərindən də aktiv istifadə edir. Onlar Gürcüstana güclü inteqrasiya edib və yüksək vəzifələrdə çalışırlar. Rusiya gözəl anlayır ki, Gürcüstanda təsir mexanizmləri daha ciddidir və burada nəzarəti ələ almaq ümumi regionun Qərb qapısını bağlamaq deməkdir”,-deyə politoloq qeyd etdi.
Həmçinin kapitalın çoxu son illər məhz Rusiyadan cəlb olunub.

"Kapitalın çoxu son illər məhz Rusiyadan cəlb olunub”

K.Sultanlının sözlərinə görə, İvanaşvilidən sonra Gürcüstanda Rusiyadan iqtisadi aslılıq da artıb: "İllik turistlərin təxminən 20%-i rusiyalıdır. Üstəlik bu Gürcüstan iqtisadiyyatına yarım milyarda qədər divident gətirir. Gürcüstan kimi iqtisadiyyatı kiçik olan dövlətlər üçün ciddi rəqəmdir. Gürcüstanın maliyyə bazarında, telekommunikasiya sahəsində, mineral su doldurma şəbəkəsində rus şirkətlərinin payı artır. Batumidə rus investisiyaları artıb. Həmçinin kapitalın çoxu son illər məhz Rusiyadan cəlb olunub. Bütün bunlar Rusiyadan ciddi iqtisadi aslılığı ortaya qoyur. Bu isə Azərbaycan üçün ürəkaçan deyil”.
"Azərbaycan təxribata cəhd edən şəxsləri qara siyahıya salmalıdır”

K. Sutanlı insidentlə bağlı onu da vurğuladı ki, Gürcüstan səfiri XİN-ə çağırılmalı, ona Azərbaycanın etiraz notası çatdırılmalı və Gürcüstan azərbaycanlıları prosesə etiraz etməlidirlər: "Həmçinin Azərbaycan monastr kompleksini müəyyən müddətə bağlamalı və Gürcüstan-Azərbaycan delimitasiya kommisiyası daha ciddi və sərt şəkildə ortaya öz şərtlərini qoymalıdır. Azərbaycan və Gürcüstan birlikdə sərhəd xəttində təxribata cəhd edən şəxsləri müəyyən etməli, onları qara siyahıya salmalıdır. Bundan əlavə, sərhəd məntəqəsində xəbərdaredici addımlar atmalıdır. Gürcüstan tərəfinə vətəndaşlarının təxribat yönümlü hərəkətlərin qarşısının alınması üçün addımlar atması tələb edilməlidir”.

"Azərbaycan çalışmalıdır ki, Gürcüstan türkləri Gürcü cəmiyyətinə güclü inteqrasiya etsin...”

K. Sultanlının fikrincə, Gürcüstana təsir etməyin digər formulu isə Gürcüstan azərbaycanlılarına dəstəyi artırmaq, onların yaşadığı bölgələrə investisiyalar yatırmaqdır:"Bu investisiyalar o bölgənin iqtisadi rifahi və azərbaycanlıların həmin bölgədə qalması üçün şərait yaradacaq. Azərbaycan çalışmalıdır ki, Gürcüstan türkləri Gürcü cəmiyyətinə güclü inteqrasiya etsin. Gürcüstanda bu addımlar Azərbaycana yumşaq gücə imkan verəcək. Digər mühüm məsələ Avropa Birliyi ilə sazişin tez bir zamanda imzalanmasıdır. Qonşuların qarşısında qətiyyətli addımlar atmaq üçün güclü olmalıyıq. Bu regionda sağ qalmaq üçün güclü olmağa məhkumuq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}