Bakı-Tbilisi-Qars magistralında erməni təxribatı


 

Bakı-Tbilisi-Qars magistralında erməni təxribatı

 

 

 Bakı-Tbilisi-Qars dəmir yolu magistralı üzrə yük daşınmaların tam fəaliyyətə başlanması  gün, yəni 23 iyul 2019-cu il, "işçilərin tətili"adı altında sabotaj və  təxribatla müşayiət olunmuşdur. Həmin gün Bakı-Tbilisi-Qars magistralı ilə Türkiyədən Gürcüstana yeni qatarla ilk yük reysi yola salınmmışdı. Beş vaqondan ibarət heyət Türkiyənin Ərzurum şəhəri yaxınlığındakı Logistika mərkəzindən Qars ərazisindən sərhədi keçərək Gürcüstanın Axalkalaki şəhərinə gəlmişdir. Burada isə yüklərin hərəkəti ilə problemlər yaranmışdır.Əsasən yerli ermənilərdən olan işçilər konteynerləri boşaltmağa başlasalarda işi başa çatdırmadan dayandıraraq, "əmək haqlarında yaranmış borclar ödənilməsə” işi davam etməyəcəklərini bəyan ediblər.  Strateji əhəmiyyətli  magistral xətlə yük daşınmanın tam fəaliyyətə başlandığı gün, belə bir "tətilin” baş verməsini Samtsxe-Cavxeti ermənilərinin informasiya saytları yayıb. "Axalkalaki Bakı-Tbilisi-Qars dəmir yolu stansiyasının işçiləri relsləri kəsiblər» başlqlı məlumatda bu bildirilir: "İyulun 23-də Axalkalakinin Hospio kəndi yaxınlığında dəmiryolçular tətil elan ediblər. Etiraz əlaməti olaraq onlar Türkiyədən gələn qatarın yolunu kəsiblər.Tətil iştirakçılarından biri:-"Biz dörd aydı əmək haqqımızı ala bilmirik, iki həftə bundan əvvəl bir ayı ödədilər, qalan üç ayı isə hələ də  ödəyirlər. Rəhbərlik bu gün bəyan etdi ki, əmək haqqı  ya gələn ayın 15-nə qədər ödəniləcək, ya da ümumiyyətlə ödənilməyəcəkdir”,- deyir.Dəmir yolunda calışanların digər problem isə, indiyə kimi onlarla əmək müqaviləsinin bağlanmamasıdır. "Bizim rəhbərliklə yalnız şifahi razılaşmamız var və bu isə,iddia qaldırmaq üçün hüquqi problem yaradır. İndi sabah "Demiriolservis"in  əvəzinə başqa bir şirkət gəlsə, bizim vəziyyətimiz necə olacağını bilmirik, çətin bir vəziyyətdəyik".Dəmir yolu ilə ilk yük qatarının hərəkət etməsi üçün "Dəmiryolservis" şirkətinin rəhbərliyi borcların iyul 24-ü saat 12-ə kimi 100 faiz ödəniləcəyinə söz verdikdən sonar, işçilər etirazlarını dayandıraraq, yenidən konteynerləri boşaltmağı davam etmişlər. Lakin bu gün dəmir yolu dəhlizinin fəaliyyətində və baş vermiş gecikmənin, gələcəkdə təkrarlanmayacağına heç bir zəmanət yoxdur. Bu faktla Cavaxetiyadakı erməni separatçıları, regionda gedən proseslərə təsir qüvəsinə malik olduqlarını faktiki olaraq göstərdi. Bu təxribatla, erməni millətçiləri və separatçıları təkcə Türkiyə, Gürcüstan və Azərbaycan üçün deyil, bütün Avrasiya üçün strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars maqistiral dəmir yoluna münasibətini göstərdilər.

Qeyd etmək lazımdır ki, Qars-Tbilisi maqistralının Samtsxe-Cavaxetiyanın sosial-iqtisadi inkişafı və siyasətdən uzaq olan yerli ermənilər üçün əhəmiyyəti böyükdür. İlk növbədə, yeni yol region sakinləri üçün yüzlərlə iş yeri yaradır ki, onlar qazanc üçün xaricə getmək əvəzinə evdə qalırlar və gürcü standartları üzrə layiqli əmək haqqı qazanırlar.Bununla yanaşı, çox maraqlıdır ki, Samtsxe-Cavaxetiya erməniləri bir tərəfdən Bakı-Tbilisi-Qars yoluna  əvvəlcədən düşmən kəsilsələrdə, digər tərəfdən şirkət rəhbərlərindən dəmiryoluna yalnız yerli ermənilərin işə götürməsini tələb edirdilər. Hətta burada calışan şirkətlərin ünvanına "yalnız türkləri və azərbaycanlıları"işə götürürlər deyərək,  bir sıra isterik bəyanatlar yayırdılar.

 Bunun qarşısını aımaq üçün, burada fəaliyyət göstərən şirkətlər, o cümlədən "Dəmiryolservis" də işə əsasən erməniləri götürməyə başladılar. Nəticədə, elə ilk gündən Bakı-Tbilisi-Qars magistralının fəaliyyəti müəyyən dərəcədə erməni millətçilərindən və "Cavaxetiya" separatçılarından asılı vəziyyətə düşüb. Çünki,

əmək haqqı üzrə borcların yaranması sadəcə bir bəhanədir. Ona görə ki, Bakı-Tbilisi-Qars dəmir yolu yenicə fəaliyyətə başlayır. Dəmir yoluna xidmət edən şirkətlər işə adam götürsə də onları hələlik işlə təmin edə bilmirdi. İş olmadığına görə də şirkətin gəliri yoxdur. Belə bir vəziyyətdə "Dəmiryolservis" şirkətinin Axalkalakidə işə götürdüyü ermənilər hər gün "qeyd olunmaq” üçün işə gəlir, heç bir iş görmədən axşam rahat evə gedirlər. Amma onların maaşı həmişə vaxtında ödənilmişdir.Buradan görünən odur ki, erməni millətçilərinin və separatçılarının əsas məqsədi  Bakı-Tbilisi-Qars layihəsini nüfuzdan salmaqdır. Elə bu məqsədlə də onlar yerli erməniləri də ən həlledici anda tətilə təhrik ediblər. Faktiki olaraq, bu təxribatdır, adətən tətil haqda əvvəlcədən xəbərdarlıq edirlər. Bu hadisə, təxribatın arxasında hansı qüvvələrin dayandığını göstərdi. Birdə dəmir yolundan başqa Axalkalaki bələdiyyəsində sabit, xüsusilə yüksək maaşlı iş tapmaq, demək olar ki, mümkün deyil. Separatçı strukturlar açıq şəkildə bildirir ki, əgər erməni işçilərinə qarşı sanksiyalar tətbiq edilərsə və ya işdən çıxarılarsa, onların arxasında duracaqlarına  "söz veriblər".Sonda onu da qeyd etmək lazımdır ki, iyulun 23-də Bakı-Tbilisi-Qars magistralında Axalkalakidə baş vermiş "tətil"diversiyası göstərdi ki, "Cavaxetiya” erməni separatizmi Gürcüstanın ən ciddi problemidir və onunla mübarizə aparılmasa, gələcəkdə Gürcüstan  üçün deyil, bütün beynəlxalq iqtisadi tərəfdaşları üçün problem yaranacaq.

 Kavkazplus.

Tərcümə A.Məmmədli

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}