ABŞ qana boyandı, insanlar öldürüldü! - Qatillərdən bir doğma bacısına aman vermədi

ABŞ qana boyandı, insanlar öldürüldü! - Qatillərdən bir doğma bacısına aman vermədi

 

İki gündə üç kütləvi güllələnmə hadisəsi baş verdi. 30 nəfər həlak oldu

Sozcu.info xəbər verir ki, Amerika polisi avqustun 4-də Amerikanın Deyton şəhərində (Ohayo ştatı) yerləşən "Ned Peppers” adlı barda adamları öldürən şəxsin kimliyini müəyyənləşdirib.

Deyton polisinin "Tvitter” hesabındakı məlumatda qatilin 24 yaşlı Konor Bets adlı şəxs olduğu bildirilir. Onun hücumunun qurbanlarından biri 22 yaşlı bacısı olub. Hadisə nəticəsində 10 nəfər ölüb – 9 nəfərin həyatına son qoyan qatil də zərərsizləşdirilib. Yerli polis şöbəsinin saytında yerləşdirilən məlumata görə, qatilin bacısı Meqan Betts ilə yanaşı, beş nəfər kişi və üç nəfər qadın da onun gülləsinə tuş gəlib. Şahidlərin sözlərinə görə, atəşi bara buraxılmayan kişi açıb. 26 nəfər yaralanıb.

Sutka ərzində Birləşmiş Ştatlrda üç kütləvi güllələnmə hadisəsi baş verib. Avqustun 3-də El-Pasoda (Texas ştatı) qatil "Walmart” univermağında atəş açıb, 20 nəfər həlak olub, 20 nəfərdən artıq adam yaralanıb. 21 yaşlı cani Patrik Kruzius həbs edilib.

Avqustun 4-2 gecəsi Texas ştatınındakı Çikaqo şəhərinin mərkəzindəki Deytin parkının yanından "Kamaro” markalı qara avtomobillə keçən naməlum şəxs insanlara atəş açıb. 19-25 yaş arasında dörd nəfər kişi və üç qadın yaralanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}