Bakıda maşın işıq dirəyinə çırpıldı: pəncərədən çıxan ana uşaqlarını belə xilas etdi

Bakıda maşın işıq dirəyinə çırpıldı: pəncərədən çıxan ana uşaqlarını belə xilas etdi

 

Bakıda baş verən dəhşətli qəza kameralara düşüb.

Sozcu.info  avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırır. Sükan arxasında əyləşən xanım avtomobilin qapısını aça bilməyib.

Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.

Ətrafda olan insanlar yardıma tələsir. Avtomobil isə tüstüləyir.

Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır.[media=https://bax.tv/video/72594.html]

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}