18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Bazar günü Ruhani elan edib ki, İran kəskin iqtisadi tənəzzülldən, 40%-lik inflyasiyadan və qiymətlərin bahalaşmasından əziyyət çəkir. May ayında ABŞ-ın neft sənayesi daxil olmaqla, İran iqtisadiyyatına tətbiq etdiyi sanksiyaların səbəbi kimi İranın nüvə proqramı göstərilir. "Maksimum təzyiq” adlandırılan tədbirlər planında niyyət satışları sıfıra salmaqdır.
"Aljazeera”-nın xəbərinə görə, Ruhani parlamentdə çıxış edərkən, bildirib ki, dövlət işçilərinin maaşlarının 15% artırılmasını da nəzərdə tutan büdcə "sanksiyalar əleyhinə müqavimət və əzm büdcəsi”dir. O, əlavə edib ki bu, dünyaya gösətərcək ki, onlar ölkəni sanksiyalara rəğmən idarə edə bilirlər. büdcə neft gəlirlərinin 40% düşəcəyini proqnoz edir və bu zaman dövlət aktivlərindən istifadəni və dövlət mülkiyyətinin satılmasını planlaşdırır.
Ruhani detalları barədə məlumat vermədən bildirib ki, İran Rusiyanın 5 milyard dollarlıq "investisiya”sından da faydalanacaq.