"Türk Hava Yolları" ABŞ-ın "Boeing" şirkətini məhkəməyə verir

 

"Türk Hava Yolları" dünyanın ən böyük təyyarə istehsalçılarından biri ABŞ-ın "Boeing" şirkətini məhkəməyə verməyə hazırlaşır.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, "Türk Hava Yolları"na "Boeing"dən sifariş verdiyi 75 ədəd "737 Max" model təyyarənin bu il təhvil verilməli olan 24 ədədi baş verən nasazlıqlara görə çatdırılmayıb.

Qeyd edək ki, "737 Max"ın ucuşunun dayandırılması daxili reyslərin sayına və bilet qiymətlərinə mənfi təsir göstərib, oturacaqların sayı isə illik müqayisədə 6,7% azalıb. Təyyarələrin və oturacaqların sayının azalması səbəbindən biletlərin qiyməti də keçən ilə nisbətən artıb.

"Boeing"i məhkəməyə verməyə hazırlaşan "Türk Hava Yolları" səbəb kimi qeyri-müəyyənliyin davam etməsi və bu proseslə əlaqədar mütəxəsis açıqlamasının olmamasını əsas göstərib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}