Azərbaycanla İranı üz-üzə qoymaq cəhdi fiasko oldu

 

Xarici mediadakı təxribatçı yazılara cavab verildi; ekspert: "Bu cür yazılar ölkəmizə qarşı qara piardır...”

Son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endiriləcəyi barədə xəbərlər yayılıb. Məsələn, virtualaz.org saytının verdiyi xəbərə görə, İsrail24.info nəşri yazıb ki, "Azərbaycan hakimiyyəti İsrailə öz ərazisindən zərbələr endirməyə icazə verdi. İsrailin İrana qarşı açıq-aşkar təcavüzü Tel-Əvivin İran ərazisinə zərbə vurmaq üçün yeni bir tərəfdaş tapmasına gətirib çıxardı... İsrail üçün belə tərəfdaş Azərbaycan oldu, hansı ki, tərəfdaşlarına öz hava limanlarına pilotsuz uçuş aparatları yerləşdirməyə və həmçinin ”New York Times" qəzetinin yazdığına görə, qonşu dövlətə öz ərazisindən zərbələr endirməyə icazə verdi".

ABŞ nəşri yazıb ki, "Amerikanın casus peykləri İsrail dronlarının Azərbaycandakı bazalardan necə qalxdıqlarını və İran sərhədindən cənuba doğru necə istiqamət götürdüklərini müşahidə edib. Onlar həmçinin İranın nüvə qurğularının foto və videolarını çəkib və İranın hava hücumundan müdafiə sistemlərinin bu müdaxiləni aşkar edib-etmədiyini təsbit ediblər. Bundan əlavə, İsrail mediası yazıb ki, ”bir neçə həftə əvvəl İraq mətbuatı İsrailin İraqdakı İran hərbi qüvvələrinə hücum üçün Azərbaycan ərazisindən uçan dronlardan istifadə etdiyini bildirib..."

Azərbaycanın Müdafiə Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. Yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan münasibətlərimizə xələl yetirmək məqsədi güdür.

Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır".

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova isə "Yeni Müsavat”a bildirdi ki, bu cür yazılar ölkəmizə qarşı aşkar təxribat, qara piardır: "Hər halda, belə məsələlər hərbi sirr də olsa, bu hadisənin baş verməsi barədə heç bir əlavə məlumat yoxdur. Təsəvvür edin ki, belə bir hal baş verib, İran bu barədə susardı?! Əlbəttə yox. Dərhal rəsmi Tehranın nəzarəti altında olan bütün KİV səs-küy qaldırardı, İran Azərbaycana rəsmi nota verərdi və s. Əgər bunların heç biri yoxdursa, daha çox qara piardan söhbət gedə bilər. Üstəlik, indiki məqamda ələlxüsus bu, Azərbaycana lazım deyil, Azərbaycanın belə bir imkanı da yoxdur. Azərbaycan hazırda Rusiya ilə yaxınlaşma siyasəti yeridir, Rusiya Azərbaycan ərazisindən İrana qarşı hər hansı məqsədlə sui-istifadəyə imkan verməz. Digər tərəfdən, hazırda Azərbaycan-Qərb əlaqələri irəliləyən Bakı-Moskva münasibətləri fonunda müəyyən qədər geriləməyə doğru gedir. Daha bir xüsusi məqamı da unutmaq olmaz ki, prezident İlham Əliyev Azərbaycanın öz ərazisindən üçüncü ölkəyə qarşı istifadə edilməsinə yol vermədiyini dəfələrlə bəyan edib. Azərbaycan TANAP layihəsinin uğurla davam etməsi üçün Türkmənistan təbii qazının bu boru xətlərinə vurulmasına çalışır. Xəzərin statusuna dair konvensiyaya əsasən isə burada Rusiya və İranın razılığı tələb olunur. Belə bir şəraitdə Azərbaycanın İsraillə birlikdə İrana qarşı birləşərək öz ərazisindən ona qarşı poliqon kimi istifadəyə imkan verməsi inandırıcı deyil. Əksinə, son zamanlarda İsrail və Ermənistan arasında bəzi yaxınlaşma müşahidə olunur. Belə ki, Ermənistan İsraildə səfirlik açır, ABŞ-dakı yəhudi diasporu saxta "soyqırım” məsələsində erməni lobbiçilərinə dəstək verir. Belə bir şəraitdə Azərbaycanın öz ərazisindən İsrailə belə bir imkan yaratması mümkün deyil. Ermənistandan isə bütün qonşularına xəyanət gözləniləndir.

Azərbaycan Avrasiya meqalayihələrində fəal iştirak edir və Avroatlantik məkana inteqrasiyaya daha az maraq göstərir. Prezident BDU-nun 100 illik yubileyində Avropanın mənəvi-siyasi tənəzzülünü əsaslandıraraq, belə bir Avropaya inteqrasiya etməyəcəyini bildirmişdi. Digər tərəfdən, AB ilə assosiativ saziş barədə danışıqlar uzanır. Ola bilsin ki, AB-nin İrana dair müəyyən gözləntiləri var.  Ölkəmizin tarixi İpək Yolu üzərində yerləşməsi bizə Şərq-Qərb və "Şimal-Cənub” nəqliyyat dəhlizlərini uğurla həyata keçirən mərkəz ölkə olmaq imkanı yaradıb. Prezident İlham Əliyev də bir sıra beynəlxalq tədbirlərdə daima bu layihənin geosiyasi əhəmiyyətinə xüsusi diqqət çəkərək ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdiriməsində, sabitlik və təhlükəsizliyin bərqərar olmasında onun mühüm töhfə verə biləcəyini vurğulayıb. Azərbaycanın Çindən İngiltərəyə, Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Qərbi Avropaya qədər uzanan bir sıra meqalayihələrdə xüsusi yeri, "Şimal-Cənub” layihəsində çox mühüm strateji əhəmiyyətli ölkə olması faktı Rusiya prezidenti Putin tərəfindən də xüsusi vurğulanıb. Rusiya prezidenti Vladimir Putin də "Şimal-Cənub” layihəsi üzrə mövcud olan 7 min kilometr uzunluğunda yolun böyük hissəsinin Azərbaycan və Rusiyadan keçdiyini qeyd edib: "Deməli, Azərbaycan həm də Qərbi Avropa ilə Yaxın Şərqi birləşdirən ölkədir. Prezident İlham Əliyev hələ bir neçə il öncə ”Yaradacağımız "Şimal-Cənub” nəqliyyat dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm də iqtisadi maraqlarını təmin edəcəkdir", - deyə qeyd etmişdi. İranın ABŞ tərəfindən sanksiyalara məruz qaldığı bir dövrdə AB-nin yaxın müttəfiqi olan İranın dünyaya əsas çıxış yollarından biri Azərbaycandır. AB Azərbaycanın İrana münasibətinin və normal qonşuluq əlaqələrinin dəyişməz olaraq qalmasında maraqlıdır və ölkəmizi buna təşviq etməyə çalışır. Belə bir şəraitdə, mühüm strateji layihələr üzrə tərəfdaşı İrana qarşı Azərbaycanın öz ərazisindən hər hansı dövlətə istifadə imkanının verilməsi əsassız iddiadan başqa bir şey deyil".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}