Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirir

 

Yaponiya hökuməti yeni koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə qərar qəbul edib.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumat görə, həmin qərar hökumətin yanvarın 28-də keçirilən iclası zamanı qəbul edilib. Qərara görə yeni koronavirus təhlükəli keçici xəstəliklər siyahısına daxil edilib və bu, müvafiq qurumlara həmin xəstəliyə yoluxduğu güman edilən şəxsləri məcburi xəstəxanaya yerləşdirmək hüququ verəcək.

Belə ki, qanunvericiliyə əsasən, xəstəlik ölkə daxilində qeydə alındığı halda hökumət strukturları "Xüsusi keçici xəstəliklər” və "Keçici xəstəliklə əlaqədar karantin haqqında” təlimatları tətbiq etmək hüququ əldə etmiş olurlar. Bu təlimatlardan birincisi prefektura rəhbərlərinə xəstənin keçici xəstəliklər xəstəxanasına yerləşdirilməsini tövsiyə etmək, onun imtina edəcəyi halda məcburi yerləşdirmək hüququ verir. İkinci təlimata görə isə seçim yolu ilə tibbi müayinə və analiz aparılır, xəstəliyə yoluxduğu güman edilən şəxs imtina etdiyi halda isə cərimə tətbiq olunur.

Qərara əsasən həmin xəstələrin bütün müalicə xərcləri Yaponiya hökuməti tərəfindən ödənilir.

Qərarın fevralın 7-dən tətbiq olunacağı bildirilsə də, hökumət orqanlarının artıq onun icrasına başladığı qeyd edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}