Qarabağ danışıqlarında diplomatik həmlə zamanı - imitasiya dövrü bitdi

 

İşğalçı ölkənin vaxtı uzatmaq limiti qalmayıb; politoloq: "Bakı mümkün lokal hərbi əməliyyatlarla prosesi ölü nöqtədən tərpətməlidir...” 

Qarabağ danışıqlarında ilin ilk akkordu yanvar ayında vuruldu. Cenevrədə Azərbaycan və Ermənistan XİN başçıları arasında ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə iki gün davam edən müzakirələrin mahiyyəti tam açıqlanmasa da, həmsədrlərin bəyanatından belə təəssürat yarandı ki, nizamlama prosesində nə hərb, nə də sülh vəziyyəti təhlükəli məcraya girib və təcili nəsə eləmək lazımdır. Yəni ən azından, danışıqların imitasiyası olmalıdır ki, atəşkəs real hərbi toqquşmalara keçməsin. Çoxsaatlı müzakirələrin qayəsində yəqin ki, elə bu motiv durub.

Vasitəçi diplomatların hədəfə nə dərəcədə çatdıqlarını söyləmək çətindir. Bir şeyi dəqiqliklə söyləmək olar ki, Dağlıq Qarabağa dair sülh danışıqları doğrudan da böhran məhrələsindədir və nizamlama prosesini bu vəziyyətdən çıxarmaq üçün ciddi diplomatik təkana ehtiyac var.

Xatırladaq ki, yanvarın 29-30-da Cenevrədə baş titan görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər. Sitat: "Üç gün davam edən intensiv danışıqlar zamanı Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirləri gündəmdəki aşağıdakı məsələləri müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və xalqları sülhə hazırlamaq üçün növbəti mümkün addımlar; gələcək bir həll üçün əsas təşkil edən prinsiplər və elementlər; həll müddətini inkişaf etdirmək üçün müddət və gündəlik”.

Nazirlər yaxın gələcəkdə həmsədrlərin vasitəçiliyi altında yenidən görüşmək barədə razılığa gəliblər.

*****

Həmişəki kimi, sülh danışıqlarının Cenevrədə raunduna reaksiyalar fərqlidir. Məsələn, işğalçı Ermənistanda Nikol Paşinyan hökumətinin siyasi opponentləri onu Dağlıq Qarabağla bağlı təslimçilikdə suçlamaq və gözdən salmaq üçün Cenevrə görüşündən özlərinə sərfəli nəticələr çıxarmağa səy edirlər.

David Camalyan ile ilgili görsel sonucu

"Qarabağ konfliktinin həlli prosesinə cəlb edilən qlobal geosiyasi oyunçular tərəfindən İrəvana güclü təzyiqlər müşahidə edilir”. Bunu "168 Jam”a müsahibəsində erməni hərbi ekspert David Camalyan deyib. O, hazırda danışıqlar prosesində prioritet mövzunun Qarabağın azərbaycanlı icmasının prosesə cəlb edilməsi olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ nümayişkaranə şəkildə Bakıya dəstək verir. "Bu gün biz Qarabağın Azərbaycana mərhələli verilişi prosesinin başladığını müşahidə edirik. Bu prosesdən azca da olsa başı çıxan hər kəs bunu gözəl anlayır”, - deyə o qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş direktoru David Şahnzaryanın ile ilgili görsel sonucu

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş direktoru David Şahnzaryanın bu kontekstdə fikirləri isə ölkədə etirazlara səbəb olub. Hətta Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Şahnazaryanı Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib. Belə ki, XİN sözçüsü Anna Nağdalyanın sözlərinə görə, keçmiş kəşfiyyat şefinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Cenevrədəki görüşü haqda təhlilinin bugünkü reallığa heç bir aidiyyəti yoxdur: "David Şahnazaryanın təhlilləri Azərbaycan tərəfi üçün cəlbedici ola bilər, lakin bu təhlilin əsas çatışmazlığı onun bugünkü reallıqla heç bir əlaqəsinin olmamasıdır”.

Qeyd edək ki, Şahnazaryan Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli ətrafında əsaslı danışıqların getdiyini iddia edib: "Əsas məsələlərdən biri də Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayış zonalarının yaradılmasıdır. Şuşa məsələsi və əsaslı danışıqların intensivləşməsi müzakirə olunur. Bu kontekstdə Cenevrədəki danışıqlarla paralel olaraq, ABŞ-ın Bakıdakı səfiri Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb”, - deyə o bildirib.

Li Litzenbergerin təşəbbüsü ilə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə ile ilgili görsel sonucu

Doğrudan da ötən həftəsonu, Cenevrə danışıqların getdiyi vaxt  ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenbergerin təşəbbüsü ilə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüş keçirilib. Görüş zamanı Gəncəliyev bölgənin azərbaycanlı icması haqqında ABŞ səfirinə ətraflı məlumat verib. O, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduqlarını, bundan ötrü Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, pozulmuş təbii hüquq və azadlıqlarmızın, mülkiyyət hüquqlarımızın bərpa olunması istiqamətində icma üzvlərinin əsas istək və tələblərini səfirin diqqətinə çatdırıb.

*****

"Cenevrə danışıqlarının əsas nəticəsi danışıqları davam etdirmək barədə əldə olunan razılıqdır”. Bu fikri isə rusiyalı politoloq Dmitri Solonnikov deyib. Onun sözlərinə görə, müzakirələrin bunca uzun sürməsi tərəflərin danışıqlar prosesinin finalına doğru irəliləyişinə müəyyən ümid yaradır: "Ancaq yalnızca ümid. Çünki görüşdə heç bir təməl prinsipə diqqət yönəldilmıyib. Söhbət yalnız ümumi şəkildə xalqları sülhə hazırlamaqdan, humanitar mübadilədən, həmçinin nizamlama prosesini irəli aparmağın qrafiki və gündəmindən gedib. Belə danışıqlarda əsas nəticə danışıqları davam etdirmək barədə əldə olunan razılıqdır. Nə Dağlıq Qarabağın statusu, nə də Azərbaycanın işğal olunmuş əraziləri barədə heç bir konkretlik olmayıb və yekun rəsmi açıqlamalarda da bu gözə dəymədi”.

Öz növbəsində politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Öz növbəsində politoloq Məhəmməd Əsədullazadə Cenevrə görüşünü real nəticəsi olmayan görüş kimi dəyərləndirir: "Cenevrə görüşü təbii ki, danışıqlar prosesinin davam etdirilməsinə xidmət edir. Ancaq konkret olaraq bu görüş də göstərdi ki, prosesdə nəticəyə gətirəcək hər hansı bir predmetin əldə olunması gözlənilmir. Bir müddət əvvəl, bildiyiniz kimi, Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransı keçirərək, Dağlıq Qarabağla bağlı bəzi nüanslara toxunmuş, müəyyən razılaşmanın olduğunu qeyd etmişdi. Göründüyü kimi, Ermənistan cəmiyyəti və dövləti həmin plana qarşıdır. Bu da onu göstərir ki, İrəvan danışıqlara getsə də, ondan real nəticə gözləməyə dəyməz. Ermənistan bütün danışıqların sonunda qeyd edir ki, statusla bağlı referendum keçirilməlidir. Hansı ki, bu referendum da təbii ki, torpaqların Azərbaycanda qoparılmasına hesablanıb. Bu xüsusda aparılan danışıqların heç bir nəticəsi olmayacaq. Sadəcə olaraq, danışıqlar yalnız status-kvonun, atəşkəsin qorunmasına hesablanıb. Azərbaycan ciddi şəkildə bu istiqamətdə aparılan danışıqlara ”yox" deməli, mümkün lokal hərbi əməliyyatlarla prosesi ölü nöqtədən tərpətməlidir. Əks təqdirdə, Minsk Qrupu danışıqlar görüntüsü yaratmaqla müsbət irəliləyişə gətirəcək hər hansı addım atmayacaq".

*****

Lokal hərbi əməliyyatlardan söz düşmüşkən, bu arada 2016-cı ildəki aprel hərbi məğlubiyyəti Ermənistanın siyasi gündəmində öz yerini saxlamaqda davam edir. Bu xüsusda məlum olub ki, keçmiş müdafiə naziri Seyran Ohanyan aprel müharibəsinin araşdırılması üçün qurulmuş komissiyanın fəaliyyətinə dəstək verəcək.

Bu barədə o, parlamentin spikeri Ararat Mirzoyanla görüşdən sonra açıqlama verib. Lakin Oyanyan həmin hadisə ilə bağlı yaradılmış təhqiqat komissiyasının üzvlərinin əksəriyyətinin orduda xidmət keçmədiklərini bildirib, Ermənistanın aprel döyüşlərindəki Azərbaycana məğlubiyyətini araşdırmaq üçün müvəqqəti parlament komissiyası yaratmaq ideyasını tənqid edib: "Bir vaxtlar Müdafiə Nazirliyində aprel döyüşləri ilə bağlı dərin təhlil apardıq. Bu kimi məsələlərin orada araşdırılması lazımdır. Bunu indi kim edəcək? Bu komissiya üzvlərinin yarıdan çoxu heç orduda da xidmət etməyib”.

Hakim "Mənim Addımım” Partiyasının deputatı, komissiya üzvü Andranik Köçəryan Ohanyanın parlamentə çağırlımasını baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə yaradılan komissiyanın işinin həlledici mərhələyə qədəm qoyması ilə izah edib. Seyran Ohanyan isə 2016-cı ilin aprel hadisələri ilə bağlı bütün məlumatları komissiyaya verdiyini söyləyib: "Bu, komissiya üzvlərinə təqdim etdiyim gizli məlumatlarla əlaqədardır”.

O, məxfi məlumatları mediaya açıqlamaq niyyətində olmadığını bildirib. Bununla yanaşı, Ohanyan siyasətçiləri və jurnalistləri aprel döyüşlərində sui-qəsdçilər axtarmamağa çağırıb. Əlavə edək ki, Seyran Ohanyan "4 günlük” aprel savaşı zamanı ölkənin müdafiə naziri olub. Həmin döyüşlərdə Ermənistan ordusunun ağır itkilər verərək geri çəkilməsi hələ də işğalçı ölkədə müzakirə mövzusudur...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}