Ermənistan qarışa bilər - Rusiyanın güc strukturlarına hazırlıq tapşırığı

 

Kreml post-Paşinyan dönəminə hazırlaşır? "Məxməri” baş nazir inqilabdan keçən iki ildə Moskvanın etimadını qazana bilmədi; işğalçı ordunun itkiləri isə artır... 

Ermənistanda baş nazir Nikol Paşinyanla Konstitusiya Məhkəməsinin (KS) sədri, Paşinyanın şəxsi antipatiyası olan Hrayr Tovmasayn arasında konflikt böyüyür. Neçə vaxtdır Tovmasyanı vəzifəsindən uzaqlaşdıra bilməyən Paşinyan vaxt ötdükcə bunun onun olan-qalan reytinqinə güclü təsir edəcəyini fərq etməmiş deyil. Hərçənd konstitusiyaya görə, hakimiyyət bölgüsü baş nazirə KS sədrini vəzifədən uzaqlaşdırmaq səlahiyyəti tanımır.

Bununla belə, özünü demokrat sayan baş nazir üçün məsələ prinsipial önəm daşıdığından, üstəgəl, Nikol Paşinyan iki il ərzində Ermənistanda hələ də öz şəriksiz hakimiyyətini bərqərar edə bilmədiyindən, onun ixtilafın axırınadək gedəcəyi gözlənilir. Bütün bunlar isə həm yerli ekspertlər, həm də mötəbər beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkədə kobud qanun pozuntusu, antidemokratik addım və hakimiyyət bölgüsü prinsipi üzərinə hücum olaraq qiymətləndirilməkdədir.

Artıq Avropa Şurası Parlament Assambleyasanın təzəcə başa çatan qış sessiyasında məsələ gündəmə gəlib. Eyni zamanda Venesiya Komissiyası yaranmış vəziyyətdən narahatlıq ifadə edib. İşğalçı ölkədə proseslərin qanuni və demokratik məcrada getməsi üçün çağırış edib. Amma situasiya dəyişməz qalır. Çünki bu, baş nazir üçün hər şeydən öncə imic məsələsidir. Geri çəkilmək, üstəlik, siyasi opponentlərin dilinə düşmək demək olardı. Bu yerdə xatırladaq ki, ötən həftə etdiyi publik çıxışlarının birində Paşinyan Tovmasyanla bağlı məsələnin tezliklə bitəcəyinin anonsunu verib.       

*****

İrəvan-Moskva ile ilgili görsel sonucu

Ermənistanda hakimiyyət qurumları ətrafında cərəyan edən proseslər sözsüz ki, ən çox Rusiyada izlənməkdədir. Təkcə ona görə yox ki, işğalçı ölkə Rusiyanın hərbi qalası olaraq qalır və Moskva bu qalada hər şeyin sabit olmasını istəyir, həm də o səbəbə ki, Rusiya rəhbərliyində bu günədək Paşinyan və komandasına yüz faizlik inam-etimad yaranmayıb. Sabah Ermənistanda "məxməri inqilab”ın iki ili tamamlanacaq, amma İrəvan-Moskva münasibətləri Paşinyanın hakimiyyətə gəlişindən sonra hələ də əvvəlki məcraya qayıtmayıb.

Bəzi iddialara görə, Kremldə, sadəcə, Paşinyanın ayağının büdrəməsini gözləyirlər ki, onun sırf Moskvaya sadiq birisi ilə əvəzləsin - baxmayaraq ki, indiki erməni baş nazir qərbyönlü şüarlarla iqtidara gəlsə də, çox keçməmiş üzünü Rusiyaya çevirib, hətta hakimiyyətdən devirdiyi Serj Sərkisyandan da güclü sədaqət nümayiş etdirməyə başlayıb.

Maraqlıdır ki, bu arada Moskvanın yaxın aylar üçün Ermənistanda baş verəcək hadisələrlə bağlı ssenarilər hazırladığı barədə xəbərlər yayılıb.            

   Rusiyanın güc strukturlarının ile ilgili görsel sonucu

"Rusiyanın güc strukturlarının analitik mərkəzlərinə Ermənistanda baş verən hadisələri diqqətlə izləmək və Ermənistanda yaxın 2-3 ay ərzində baş verə biləcək hadisələrin mümkün ssenarilərini hazırlamaq tapşırığı verilib”. Bu məlumatı Ermənistanda nəşr olunan "Past” qəzeti yayıb (Axar.az).

"Rusiya dairələri çalışır ki, Ermənistanın xarici və daxili vektorlarını müəyyənləşdirərək, qiymətləndirmə aparsınlar. Buna uyğun olaraq etibarlı analizlər verilməsi istənilib. Bizim Moskvadakı mənbələrimiz xəbər verir ki, regiondakı bu hadisələrin, xüsusilə Qarabağda gözlənilən ”seçkilər" və İran ətrafındakı proseslərin geosiyasi risklərini nəzərə alaraq, mümkün təsirlərini tədqiq etmək tapşırığı verilib", - deyə xəbərdə bildirilib.

*****

Belə çıxır ki, Kreml faktiki, post-Paşinyan dönəminə hazırlaşır. Aydındır ki, şimal qonşumuzu hər şeydən öncə Güney Qafqazdakı hərbi mövcudluğu maraqlandırır. Ermənistan isə regionda legitim rus hərbi kontingentinin olduğu yeganə ölkədir. Hətta Ermənistan "müstəqil” olan gündən onun Türkiyə və İranla sərhədlərini rusiyalı hərbçilər qoruyur. Belə bir forpostu təbii ki, Rusiya asanlıqla əldən vermək istəməz.

Öz növbəsində işğalçı ölkəyə Rusiyanın vassalı olmaq sərf edir. İlk növbədə də Azərbaycan torpaqlarının işğalını davam etdirmək üçün bu, ona lazımdır. Çünki erməni ordusunun təkbətək qarşıdurmada Azərbaycan Ordusu qarşısında duruş gətirmək potensialı yoxdur. 2016-cı ilin aprelindəki "4 günlük” aprel savaşı bunu bariz şəkildə təsdiqlədi. Həmin hərbi uğursuzluqla işğalçı ordunun "məğlubedilməzlik” mifi də darmadağın edildi.

Söz düşmüşkən, aprel məğlubiyyəti hələ də Ermənistanda müzakirə-mübahisə mövzusudur. Ötən il parlamentdə bununla bağlı yaradılan xüsusi təhqiqat komissiyası öz işini davam etdirir. Amma nə faydası?

"Son vaxtlar Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən və xəsarət alanların sayı xeyli artıb. Xüsusilə də 2020-ci ilin yanvar ayında bir neçə intihar faktı qeydə alınıb”. Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin bununla bağlı hazırladığı statistik arayışda belə deyilir.

Məlumatda bildirilir ki, 2010-2019-cu illər ərzində Ermənistanda və işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrdə ümumilikdə 633 ölüm hadisəsi baş verib. 249 hərbi qulluqçu atəşkəs rejimini pozarkən öldürülüb, 89-u intihar edib. Digərləri isə müxtəlif səbəblərdən ölüb.

*****

Sözsüz ki, bu tendensiya getdikcə daha da güclənəcək. İşğalçı ordunun əsgəri ya Azərbaycan hərbçisinin gülləsindən, ya da özününkünün gülləsi və ya işgəncəsindən ölmək istəmirsə, işğal altındakı torpaqlarda hərbi xidmətdən imtina eləməlidir...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}