Ukraynada döyüşlər dayandırıldı - Ölənlər və yaralananlar var (Yenilənib)

Ukraynada döyüşlər dayandırıldı

 

Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.

Sozcu.info  xəbər verir ki, Ukrayna ordusunun seperatçılarla döyüşdə 1 hərbçisini itirdiyi, daha 4 nəfərin isə yaralandığı bildirilib.

Məlumata görə, separatçılardan da 1 nəfər ölüb, 5-i də ağır yaralanıb.

Eyni zamanda atəşkəsə məhz separatçılar tərəfindən çağırış edildiyi, Ukrayna tərəfinin mövqelərini itirilmədiyini və vəziyyətə nəzarət etdiyi vurğulanıb.

* * *

Bu gün səhər saatlarından Ukraynanın Donbas bölgəsində ordu ilə separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

Sozcu.info  xəbər verir ki, bunu "Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi itkilər verib.

Jurnaslist bildirib ki, yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlara hücum ediblər. Nəticədə ağır döyüşlər başlayıb. Onun sözlərinə görə, separatçılar 152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini və itkilərin olduğunu təsdiqləyib.

 

 

Лупят прямо из-за домов: Появилось видео, как боевики РФ накрывают огнем позиции ВСУ

Полное видео: https://inforesist.org/lupyat-pryamo-iz-za-domov-poyavilos-video-kak-boeviki-rf-nakryvayut-ognem-poziczii-vsu/ 

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}