General çevrilişə cəhddə ittiham edilir

General çevrilişə cəhddə ittiham edilir

 

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyana yeni ittihamlar irəli sürülüb.
 
Bunu "News.am” saytına açıqlamasında Şirxanyanın vəkili Ayk Alumyan söyləyib. Onun sözlərinə görə, Şirxanyan hakimiyyətin mənimsənilməsinə hazırlıqda günahlandırılır.
 
Qeyd edək ki, Şirxanyan 21 dekabr 2015-ci ildə həbs edilib. O, elə həmin dövrdə Ermənistan hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilmiş xüsusi dəstə ilə əməkdaşlıqda ittiham edilir. Ermənistan polisinin iddiasına görə, bu dəstə ölkədə silsilə teraktlar törətməyi planlaşdırıbmış.
 
Şirxanyan 1995-1999-cu illərdə Ermənistan müdafiə nazirinin müavini olub. (Axar.az)


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}