Gülənin daha 65 tərəfdarı saxlanıldı

 

Türkiyənin Antalya vilayətində iyulda hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı tərəfdarlarının tapılması istiqamətində aparılan xüsusi əməliyyat nəticəsində 65 nəfər saxlanılıb.

Trend-in verdiyi məlumata görə, saxlanılan şəxslərin mənzillərində baxış zamanı onların hərəkata məxsus olduqlarını sübut edən kitab və sənədlər tapılıb.

Daha öncə İstanbul polisi F.Gülənin həbsi qərar çıxarıb. Onun ekstardisyası ilə bağlı Türkiyə ABŞ-a rəsmən müraciət edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}