Fransa prezidenti Ərbildə bəyanat verdi:“Mosul yaya qədər İŞİD-dən azad ediləcək”

Fransa prezidenti Ərbildə bəyanat verdi:“Mosul yaya qədər İŞİD-dən azad ediləcək”

 

"İraq ordusunun Qərb koalisiyasının dəstəyi ilə Mosulun İŞİD terror təşkilatından azad edilməsi ilə bağlı apardığı əməliyyat yaya qədər başa çatacaq”.

Sozcu.info "Frans Press”ə istinadən bildirir ki, bu sözləri Ərbildə səfərdə olan Fransa prezidenti Fransua Olland deyib.

Olland İraqın baş naziri Heydər əl-Abadi ilə Bağdadda görüşü zamanı isə bəyan edib ki, hökumət qüvvələrinin Mosulu terrorçulardan azad etmə əməliyyatı yaxın həftələrdə sona çatacaq: "İŞİD-in Mosulda məhv edilməsi bir neçə həftə çəkəcək. Tezliklə biz onların sonunun şahidi olacağıq”.  

Qeyd edək ki, Fransa HHQ-si 2014-cü ildən Suriyada və İraqda İŞİD-ə qarşı "Şammal” adlı əməliyyat keçirir.

Mosulun azad edilməsi üçün yerüstü əməliyyat oktyabrın 17-dən başlanıb.  Bu müddət ərzində şəhərin 60 faizi İŞİD-dən təmizlənib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}