Trampın prezident kimi atacağı ilk addım məlum oldu

 

ABŞ-ın seçilmiş vitse-prezidenti Maykl Pens seçilmiş prezident Donald Trampın vəzifələrinin icrasına başlamasından sonra atacağı ilk adımı açıqlayıb.

"Reuters” xəbər verir ki, Pensin sözlərinə görə, Tramp Barak Obamanın "Obamacare” adı almış səhiyyə islahatlarını ləğv edəcək.

"İlk vəzifəmiz, söz verdiyimiz kimi, "Obamacare” islahatlarının ləğvi və tibbi sığortanın qiymətinin aşağı salınması olacaq”, - Pens bəyan edib.

Bundan əlavə, o bildirib ki, prezident administrasiyası seçki kampaniyası dövründə verdiyi vədlərin hamısını yerinə yetirəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}