“Bandotdel”dən saxta araq sexinə basqın: ölümcül “Beluga”, “Stoliçnaya”, “Nemiroff” və digərləri...

 

"Respublikanın daxili işlər orqanları əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində keyfiyyətsiz və saxta spirtli içkilərin istehsal edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində fakt öz təsdiqini tapıb və Bakı şəhər sakini Nəsimi Əhmədovun həmyerlisi Fazil Hacıbalayevlə birlikdə yaratdıqları gizli sexdə saxta spirtli içkilər istehsal etdiyi müəyyən edilib.

Sexə baxış zamanı külli miqdarda saxta "Beluga”, "Stoliçnaya”, "Absolut”, "Nemiroff”, "Russkiy Standart”, "Moskovskaya”, "Russkiy Kalibr”, "Kremlin” "Banketnaya”, "Zolotoe Koltso” araqları, "Jack Daniels” və "Chivas regal” viskiləri, keyfiyyətsiz spirtin saxlanıldığı çənlər, eləcə də spirtli içkilərin qablaşdırılmasında istifadə olunan etiketlər, qapaqlar, həmçinin digər avadanlıqlar aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kustar üsulla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər.Baş İdarə əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz və istifadəyə tam yararsızdır, bu səbəbdən insan sağlamlığına ciddi təhlükə yarada bilər. Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}