«ABŞ-dakı sıra tüfanlar təbiətin Trampa reaksiyasıdır» - Cennifer Lourens

 

Xəbər verildiyi kimi, «Harvi» qasırğasının ardınca Birləşmiş Ştatları bundan da güclü «İrma» və «Xose» qasırğaları bürüyüb. Xarici KİV-nin verdiyi xəbərə görə, Hollivud aktrisası Cennifer Lourens Amerika Birləşmiş Ştatlarını bürümüş bu dağıdıcı qasırğaları təbiətin Donald Tramp idarəçiliyinə reaksiyası adlandırıb.
Bu barədə xəbəri «Associated Press» agentliyi yayıb.
Darren Aronofskinin «Ana!» filminin (filmdə Lourens baş rolu oynayır) Britaniyadakı premyerasında aktrisa Birləşmiş Ştatlarda meydan sulayan təbiət hadisələri barədə suala cavab verərkən deyib ki, «ana təbiət» beləliklə ABŞ Prezidentinin ünvanına öz qəzəbini nümayiş etdirir.
«Oskar» mükafatçısının bu şərhi bircə anda sosial şəbəkələrdə neqativ reaksiya doğrurub, ancaq aktrisa Trampa qarşı öz antipatiyası barədə dəfələrlə söhbət açıb.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}