Dubaydan qayıdan qadın: “Məni ora dayə adı ilə aparmışdılar...”

Dubaydan qayıdan qadın: “Məni ora dayə adı ilə aparmışdılar...”
“...Qorxma, həmişəlik ayrılmırıq ki... Hər həftə görüşünə gələcəm. Bəs mənimlə küçələrdə qalmaq yaxşıdır? Burada sənə yaxşı baxacaqlar. Yemək yeyəcəksən, dərsə gedəcəksən...”

Bunu 8 yaşlı oğlunu Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə gətirən ana uşağını ovutmaq, razı salmaq üçün deyir.

Qadın kömək istəyir: “Gecələr kafedə yatırıq. Qarşıdan qış gəlir, daha küçədə qala bilməyəcəyik. Uşağı internata vermək istəyirəm. Amma kömək edən yoxdur, hamı pul istəyir. Mənim pulum olsaydı, uşağımdan ayrılmaq istəməzdim ki...”

1988-ci il təvəllüdlü İradə Məmmədova (ad-soyadı məlum səbəbdən dəyişmişik-red.) insan alverinin qurbanıdır. İradə 2008-ci il təvəllüdlü övladını internat evinə yerləşdirmək istəsə də Təhsil Nazirliyinin razılığı olmadığından uşaq ana ilə birgə küçələrdə gecələyir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}