Səlim Müslümov vəzifəsindən istefa verdi

Səlim Müslümov vəzifəsindən istefa verdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxıb.

Bu barədə universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən öz istəyi ilə kənarlaşıb.

Bildirilib ki, hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə Bakı Biznes Universiteti ilə əlaqə saxlanılıb. Faktı oradan da təsdiqləyiblər.

Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziridir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}