Ödənişli təhsil ləğv ediləcəkmi?

Ödənişli təhsil ləğv ediləcəkmi?
Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi, dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi strateji hədəflərdəndir.

Bu barədə Təhsil Nazirliyindən ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerlərinin tədricən ləğv edilməsi haqda sorğuya cavabda bildirilib. Nazirlikdən deyilib ki, burada ödənişli təhsilin ləğvi deyil, ödənişli qəbulun həcminin müəyyənləşdirilməsinin, beynəlxalq təcrübəyə uyğun olaraq, ali təhsil müəssisələrinin səlahiyyətinə verilməsi nəzərdə tutulub:

“Prezidentin 2013-cü il 24 oktyabr tarixli nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 3.1.16-cı yarımbəndinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir”.

Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri tədricən ləğv ediləcəyini bildirmişdi.

Amma bununla bağlı son qərar verilmədiyindən ödənişli əsaslarla olan plan yerlərinin 2016-2017-ci və yaxud 2017-2018-ci tədris ilindən ləğv ediləcəyi hələlik məlum deyil.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}