AFRİN HƏMLƏSİ KARAYILANA BAHA BAŞA GƏLDİ

AFRİN HƏMLƏSİ KARAYILANA BAHA BAŞA GƏLDİ

 


Qəndildən Afrinə göndərilən terrorçular öldürüldü

Hurriyyet.org xəbər verir ki, Afrinin qərbində yerləşən dağlı ərazilərdə türk əsgərinin qarşısını almaq ümidi ilə Qəndildən göndərilən terrorçular zərərsizləşdiriliblər.

Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın şimalında təşkilatı yerlə yeksan etməkdədirlər. "Mehmetcik”lərin qarşısında duruş gətirə bilməyən terrorçular Amerikadan öyrəndikləri taktikalarla hücum planları hazırlamağa başlayıblar.

Terror təşkilatı Raco bölgəsindəki dağlıq ərazilər üçün bu şərtlərə alışmış olan terrorçulardan istifadə eləməyə çalışıblar. Hakkari və Şırnakdakı kimi dağlıq ərazilərə göndərilən təqribən 300 nəfərə qədər terrorçu hərbçilər, JÖH və PÖH qüvvələri tərəfindən zərərsizləşdirilib. Əməliyyat nəticəsində Raco ərazisi terrorçulardan tamamilə təmizlənib.

Kandildən Racoya göndərilən terrorçular dağlıq ərazilərə alışmış olsalar da, türk ordusu tərəfindən yox ediliblər.

Afrindəki terrorçular isə düzənlik ərazilərə vərdiş ediblər. Bu səbəbdən də onları Cindərəsi bölgəsinə göndəriblər.

Zeytun ağacları ilə örtülü olan Cindərəsi bölgəsinə göndərilən terrorçular burada tunellərə və xəndəklərə girməyə başlayıblar.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}