“Zeytun budağı” əməliyyatı:8 türk hərbçisi həlak olub

“Zeytun budağı” əməliyyatı:8 türk hərbçisi həlak olub

 

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı zamanı terrorçularla döyüşlərdə 8 türk hərbçisi həlak olub.
Trend-in məlumatına görə, həmçinin döyüşlərdə "Azad Suriya Ordusu"nun 2 üzvü yaralanıb. Yaralılar Kilis vilayətindəki hərbi-səhra hospitalına çatdırılıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin şəhərini tamamilə mühasirəyə alıblar. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}