Ərdoğan Avropaya OD PÜSKÜRDÜ: "Dəlik axtaracaqdınız, yalvardınız..."

Ərdoğan Avropaya OD PÜSKÜRDÜ: "Dəlik axtaracaqdınız, yalvardınız..."

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin "Zeytun budağı” hərəkatı ilə bağlı qəbul etdiyi qərara sərt reaksiya verib.

Sozcu.info  xəbər verir ki, prezident Türkiyənin yeddi ildir 3,5 milyona suriyalı qaçqını himayə etdiyini xatırladıb.

"Qapıları açıb göndərsəydik, qaçacaq dəlik axtaracaqdınız. Siz insanlıqdan anlamazsınız. Yalvardınız. Ey, Avropa Parlamenti, siz bu millətə nə zamandan bəri ağıl verməyə başlamısınız? O ağlı özünüz üçün saxlayın!”, - deyə Ərdoğan bildirib.

56 gündür uğurla davam edən "Zeytun budağı” hərəkatı haqqında danışan Ərdoğan Afrin məsələsinin həllini tapdığını qeyd edib:

"Bu ana qədər Afrinin ¾ hissəsində nəzarəti ələ keçirmişik. İndi də bir yandan İdlibdəki mövqelərimizi genişləndirəcəyik, digər tərəfdən də Münbiçə yönələcəyik. Amerika terrora qarşı bizimlə birlikdə çalışmaq istəyirsə, Fəratın şərqindəki terrorçuları oradan çıxararaq bu işə başlamalıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}