Xarici İşlər komitəsinin sədri:"ABŞ "Patriot” satarsa, Rusiya ilə S-400 anlaşmasına yenidən baxılacaq"

Xarici İşlər komitəsinin sədri:"ABŞ "Patriot” satarsa, Rusiya ilə S-400 anlaşmasına yenidən baxılacaq"

 

Türkiyə ABŞ-dan "Patriot” hava hücumundan müdafiə sistemlərini alacağı halda, Rusiya ilə S-400 anlaşması imzalamasına baxmayaraq, məsələyə yenidən baxılacaq.

Bu sözləri TBMM Xarici İşlər komitəsinin sədri Volkan Bozqır deyib.

"ABŞ Konqresində "Rusiyadan S-400 alsanız, biz də sizə F-35 satmarıq” tipli bir fikir hakimdir. Təhdid deyil, ancaq əba altından dəyənək göstərmək psixologiyası ilə bunu edirlər. Bu həftə "Patriot”la bağlı təklif üçün ABŞ-dan ölkəmizə heyət gələcək. Bu təklif gəldiyi zaman əlbəttə ki, dəyərləndiriləcək. Biz texnologiya transferi və təklifin Konqresdən keçməsi üçün zəmanətdə israrlı olduğumuz üçün bu ana qədər "Patriot” anlaşması imzalaya bilmədik”, – Bozqır deyib.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}