Çavuşoğlundan Azərbaycana Qarabağla bağlı mesaj:"Ehtiyac duyduğu hər an yanındayıq"

Çavuşoğlundan Azərbaycana Qarabağla bağlı mesaj:"Ehtiyac duyduğu hər an yanındayıq"

 

Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə deyib.

 M.Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri Azərbaycan beynəlxalq aləmdə çox yaxşı çatdırır: "Rəcəb Tayyip Ərdoğan başda olmaqla, bizlər də hər yerdə bunu çox yaxşı anladırıq”.

Türkiyə XİN rəhbəri bildirib ki, bütün sənədlərdə Dağlıq Qarabağ problemi ilə bağlı qəti şəkildə qərarlar əksini tapsa da, tətbiqi ilə bağlı heç nə edilmir:"Ermənistan hələ də Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir. Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır”.

Trend



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}