İcra Hakimiyyəti ermənilərin Ağdamda mülki şəxslər olan avtomobili atəşə tutmasını təsdiqlədi

 

Ağdamda mülki avtomobil ermənilər tərəfindən atəşə tutulub.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, hadisə mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində baş verib.

Artezian quyularına nəzarət edən briqada kənd ərazisindəki artezyanı təmir edərkən Ağdamın işğal altındakı ərazilərindən işçilərin olduğu maşın atəşə tutulub. Avtomobildə olan işçilər çarəsizlikdən avtomobili saxlayaraq hadisə yerindən uzaqlaşıblar. Hazırda güllələnən avtomobili ərazidən çıxarmaq mümkün deyil.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xoşbəxtlikdən işçilər xəsarət almayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}