İŞİD Azərbaycan üçün də təhlükə ola bilər - Rusiya FTB-si

İŞİD Azərbaycan üçün də təhlükə ola bilər - Rusiya FTB-si"İraq və Suriya ərazisinin bir hissəsini tutan “İslam Dövləti” terror qruplaşması bir sıra dünya və regional güclərin ikili siyasətinə görə daha da güclənib".

Belə bir açıqlama ilə Rusiya Təhlükəsizlik Bürosu rəhbəri çıxış edib. Aleksandr Bortnikovun sözlərinə görə, məhz həmin ölkələr dünyanı ən dağıdıcı nəticələrə səbəb olacaq münaqişə həddinə gətirib çıxarıblar.

FTB-nin rəhbərinin fikrincə, İŞİD qruplaşması Yaxın Şərqdəki və Şimali Afrikadakı siyasi situasiyanı köklü şəkildə dəyişə bilib. Onun sözlərinə görə, terrorçular kütləvi təşviqat və yeni informasiya texnologiyaları sayəsində geniş müsəlman kütlələrində hakimiyyət institutuna inamsızlıq ruhu yarada bilib və ənənəvi islam dəyərlərini təhrif ediblər. Bortnikov terror qruplaşmasının öz ətrafına kifayət qədər böyük fəal sosial qruplar, xüsusən də gəncləri topladığını qeyd edib.

Onun sözlərinə görə, hazırda həmin qruplaşmanın tərkibində dünyanın 100-dən çox ölkəsindən gələn döyüşçülər vuruşur. Təxminən 10 silahlı qrupun tərkibi Rusiya, Gürcüstan, Ukrayna və Mərkəzi Asiya regionu ölkələrinin vətəndaşlarından ibarətdir.

FTB rəhbəri MDB ölkələri sərhədlərinin terrorçuların işğalı təhlükəsi ilə üz-üzə olduğunu vurğulayıb. Bu səbəbdən də həmin ölkələri sərhədlərini möhkəmləndirməyə çağırıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}