Məktəblərdə valideyn komitələri ləğv ediləcək

Məktəblərdə valideyn komitələri ləğv ediləcəkRəsmi olmasa da, bu gün məktəblərdə valideyn komitələri adlı qurumlar var. Həmin qurumlar uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bu və ya digər məqsədlər üçün pul yığılmasını təşkil edirlər. Valideynlər isə “valideyn komitəsi-müəllim qruplaşma”sından hər mənada əziyyət çəkirlər.

Bu məqamda Təhsil Nazirliyinin qadağasını xatırlatmaq yerinə düşür: “Siniflərdə müəllim-valideyn arasında əlaqə yaratmaq üçün valideyn komitələri olmasın”.

Olmamasını hər bir valideyn də istəyir, amma...

Amma gəl ki, özünü müəllimin yanında “şirin” göstərmək istəyən bəzi üzlü valideynlər bu peşələrindən əl çəkmirlər.

O da məlumdur ki, bu “peşə” sahiblərinin övladları bir çox hallarda bayram tədbirlərində önə çəkilir, sinif nümayəndəsi seçilir, qiymətləri yuxarı yazılır, digər uşaqlar hər hansı tələb üçün beş verəndə, o, bir verir...

Bu mənada, xüsusilə bayram ərəfələrində valideyn komitəsinin sədrinin “canfəşanlığı” adamın necə deyərlər, “ürəyini açır”.

Pul yığılan ərəfədə bəziləri, “Nə məcburdur, yoxdur, vermə” deyir. Amma valideyn olan kəs 20-25 nəfərlik bir ortamda övladınını boynubükük qalmasına razı ola bilmir...

Cibinin son qəpiyini belə, verir...

Bu harasıdır? Siz son 20 manatını zərfin içərisinə qoyub orta məktəb müəllimini təbrik edən valideynin dərdinə baxın. Müəllim zərfin içərisinə baxır, məbləğ onu qane etmədiyindən elə valideyn komitəsinin əli də geri qaytarır:

“İl boyu əziyyət çəkirəm, 20 manat nədir ki?! 30 manatdan bir qəpik də aşağı qəbul etmirəm, o biri valideynlərə də belə deyin, işlərini bilsinlər”.

Valideyn komitəsinin sədri isə haqsız olduğunu bilə-bilə müəllimi haqlı çıxarmağa çalışır.

Biz valideyn komitələrininin neqativlərinin kiçicik bir hissəsinə toxunduq. Bu qurumlar başdan-ayağa gərəksiz işlərlə məşğul olan bekar adamlar yığnağıdır. Deyəsən bu məsələ Təhsil Nazirliyini də ciddi narahat edir.

Nazirlikdən verilən məlumata görə, gələn ildən etibarən valideyn komitələrinə əl gəzdiriləcək, neqativ işlərlə məşğul olan qurumlar ləğv ediləcək.

Bizə gözləmək qalır...


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}