Deputat, polis rəisi, nazirlik əməkdaşı... - Falçıların xidmətindən yararlananların siyahısı

Deputat, polis rəisi, nazirlik əməkdaşı... - Falçıların xidmətindən yararlananların siyahısıAzərbaycanda falçılıq və cadugərlik ləğv edilir.

Bu qənaətə Dinin Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının dünənki açıqlamasından sonra gəlmək olar.

Komitə sədri bildirib ki, dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın DQİDK tərəfindən qərar layihəsi hazırlanır.

Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: "Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.

Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar(APA).

Hazırda Azərbaycanda falçılıq və cadugərlik olduqca geniş yayılıb. Onlara maraq göstərənlər isə heç də ancaq sadə vətəndaşlar deyillər.

Qaynar.info-nun məlumatına görə, vəzifəli şəxslər də falçı və cadugərlərin xidmətindən geniş istifadə edirlər.

Belə ki, vaxtilə elə Elşad Abdullayevin özünün sponsorluğu ilə çap olunan və qazaxlı İmamirəyə həsr olunan jurnalda heyrətamiz faktlar var.

Məsələn, jurnalın həmin sayından belə məlum olur ki, ölkənin kifayət qədər yüksək vəzifəli şəxsləri falçı İmamirə haqqında ağızdolusu danışıblar.

Yeri gəlmişkən, 2008-ci ildə işıq üzü görən dərginin buraxılışının hüquq məsləhətçisi kim olsa yaxşıdır? Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov!

HAŞİYƏ: Qazaxlı İmamirə anası Balaxanım xanımın ruhunu müqəddəs elan edib və indi də özü cindarlıqla, falçılıqla məşğuldur. Onun Qazaxda yaşadığı məkanı falçısevərlər "Balaxanım ananın ocağı” adlandırırlar.

İndi isə vəzifəlilərin falçı İmarə haqqında dediklərindən:

Deputat, Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Əbiyev: "İmamirə xanım böyük qüvvə sahibidir. Hiss eləyir ki, deyəsən Ağacan müəllimin kefi saz deyil və ya nəsə bir çətinliyi var, gəlir ki, mən sənə lazımam. Bax, o zaman İmamirə xanımın elədiyi kömək effektli olur. Bir dəfə vəziyyətim yaxşı deyildi, İmamirə xanım gəldi, ”ay ölüm, ay canım, ay qurban olum" deyərək əlini kürəyimə çəkdi. Bundan sonra doğrudan da özümü yaxşı hiss etdim".

Deputat Səməd Seyidov: "İmamirə xanımda qeyri-adi ruhi qüvvə var. Bu qüvvəyə inamım məni həmişə şər qüvvələrdən xilas edib. İmamirə xanımın ruhi qüvvəsinin möcüzələrini mən həmişə öz üzərimdə duymuşam”.

Sabiq deputat Rəbiyyət Aslanova: "Bu ocaq bizləri həmişə bəd nəzərlərdən qoruyub, ailəmizə şəfa və uğur gətirib. Balaxanım ananın ruhu toxunulmazdır. Özünü dərk eləməyən insan bu ruhun qüvvəsini duya bilməz... İmamirə xanımın ruhi qüvvəsinə ailəlikcə etiqad edirik. Qoy, bu ruhi qüvvə xeyirxah, inamlı insanlara uğurlar gətirsin”.

Hazırda Lənkəranın polis rəisi olan Möhübbət Hüseynov: "Balaxanım ana ocağı dünyanın ən sınanmış ocağıdır. Mən Qazaxa polis rəisi gələn ilk gündən bu ruhun varlığına inanıram”.

Təhsil Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, hazırda təhsil nazirinin müşaviri İlham Pirməmmədov: "Balaxanım ananın insanlara daim işıq saçan ruhu həmişə mənimlədir”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}