“Qara qutu” açıldı: fəlakət qəfil gəlib

“Qara qutu” açıldı: fəlakət qəfil gəlibMisirin Sina yarımadasında qəzaya uğrayan və 224 nəfərin ölümünə səbəb olan təyyarə qəzasının qaranlıq tərəfləri üzə çıxmağa başlayır.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus “Airbus-A321” təyyarəsinin “qara qutusu”nun deşifrə edilməsi nəticəsində əldə edilən ilkin informasiyalar pilotların son ana qədər öz aralarında təyyarədəki nasazlıq barədə hər hansı müzakirə aparmadıqlarını göstərir.

Bu haqda “The Wall Street Journal” qəzeti araşdırmaya yaxın mənbəyə istinadən məlumat verib. Qəzet yazır ki, pilotların təyyarədə qəfil yaranmış “ştatdankənar vəziyyətə” reaksiya verməyə praktiki olaraq vaxtları olmayıb.

Bundan əvvəl Qahirədəki mənbələr bildirmişdi ki, aviaqəzaya 4 dəqiqə qalmış pilotlar təyyarədəki nasazlıq haqda dispetçer xidmətinə hər hansı informasiya verməyiblər. Qəzaya 4 dəqiqə qalmış təyyarənin uçuşu normal olub, ekipaj dispetçerlərlə adi danışıqlar aparıb. Ancaq qəza anında “uçuşa xas olmayan səslər” eşidilib.

Habelə qəzada həlak olanların cəsədləri üzərində araşdırma aparan Misir məhkəmə-tibb ekspertləri bildiriblər ki, cəsədlərdə təyyarədə partlayışın baş verdiyinə dəlalət edə biləcək xəsarət izləri var.

Bütün bunlar təyyarənin Sina yarımadasındakı fəaliyyət göstərən və “İslam Dövləti” terror qruplaşmasına biət edən radikal islamçı qruplaşma tərəfindən vurulmasına dair ehtimalları gücləndirir.

Bundan əvvəl “İslam Dövləti” Rusiya təyyarəsini vurduğunu elan etsə də nə Rusiya, nə Misir hakimiyyəti buna inanmayıb. Misir prezidenti Abdel-Fəttah əl-Sisi bəyan edib ki, “İslam Dövləti”nin bu bəyanatı təbliğat xarakterlidir. Təyyarənin yerdən raketlə vurulduğuna dair hər hansı ciddi dəlil yoxdur.

Buna baxmayaraq ABŞ-ın infraqırmızı siqnalları qeydə alan peykləri qəza anında Sina yarımadası üzərində partlayış qeydə alıb. Ehtimal edilir ki, partlayış təyyarənin yanacaq çənində baş verə bilərdi.

Təyyarənin “qara qutu”sundakı informasiyalar tam deşifrə ediləndən sonra qəzaya dair bütün suallar aydınlaşacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}