VASİTƏÇİLƏR İŞƏ BAŞLADI! - RAZILAŞDILAR...

VASİTƏÇİLƏR İŞƏ BAŞLADI! - RAZILAŞDILAR...

 

Sozcu.info xəbər verir ki, Hamas təşkilatı İsrailin Qəzzaya hücumlarından sonra 2014-cü ildən bəri qüvvədə olan atəşkəs razılaşmasını bərpa eləmək üçün İsrail ilə vasitəçilərin köməyi ilə razılaşdıqlarını bildirib.

Hamas təşkilatının siyasi bürosunun üzvü Xəlil Hayye tərəfindən verilən yazılı açıqlamada bildirilir: "Müqavimət göstərilməsi, düşmənin cavab atəşi ilə susdurulması və qaydaların dəyişdirilməsinin qarşısını almaq məsələlərində müvəffəqiyyət qazandıqdan sonra son saatlarda Qəzzadakı atəşkəs müqaviləsini bərpa eləmək və Fələstin müqavimət qrupları ilə işğal qüvvələrinin eyni qaydalara riayət eləməsi ilə bağlı razılaşma əldə edildi”.

Açıqlamada vasitəçilər və razılaşmanın mətni ilə bağlı ətraflı məlumat verilməyib.

İsrail tərəfi də razılaşma ilə bağlı heç bir açıqlama verməyib.

Hal-hazırda Qəzzada daha İsrail hava hücumlarının səsləri eşidilmir.

Dünən axşam və bu gün səhərin erkən saatlarında İsrailin hərbi təyyarələri vaxtaşırı Qəzza zolağını hədəfə alan hücumlar edərək, Hamas, İslami Cihad və müqavimət qruplarına məxsus nöqtələri vurmuşdular.

Hamas və İslami Cihad da öz növbələrində İsrailin fələstinlilərə qarşı hücumlarına cavab olaraq İsrail ərazilərinə minatanlardan atəş açdıqlarını bildirmişdilər.

Son iki gün ərzində İsrailin Qəzzadakı Hamas və İslami Cihada məxsus bəzi nöqtələrə hava hücumları nəticəsində 4 nəfər fələstinli şəhid olmuşdu.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}