Ramil Usubovun əleyhinə kompromat toplayan yol polisinin polkovniki... - iNANILMAZ İDDİALAR

Ramil Usubovun əleyhinə kompromat toplayan yol polisinin polkovniki... - iNANILMAZ İDDİALARBaş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan-Qeydiyyat şöbəsinin rəis müavini Müşfiq Rəhimovun MTN-in hazırda həbsdə olan əsas fiqurlardan biriylə çox yaxın münasibətləri olub.

Onlar arasındakı əlaqənin əsasən dövlət nömrə nişanları üzərində qurulubmuş.

Lakin gələn son xəbərlərdən belə anlaşılır ki, Rəhimovla MTN zabiti arasındakı münasibətlər təkcə bu məsələ üzərində qurulan işə bənzəmir. İşin içində daha ilginc detallar da ola bilər.

Jam.az-a verilən məlumata görə, Müşfiq Rəhimovun MTN-də əlaqəsi olan şəxs, hazırda dövlətə xəyanətə görə həbsdə olan, Anti Terror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevdir. İlqar Əliyevlə Rəhimovun əlaqələrinin avtomobil nömrələri və onların sənədləşdirilməsi işlərində yaxşı münasibətləri olub. Hətta bu yaxınlarda MTN şefi Eldar Mahmudovun ən yaxın adamlarından sayılan və Bakıda avtomobil alverində əsas fiqurlardan hesab edilən "Ağdamlı Dəmir”lə şöbə rəisinin müavininin əlaqələrini də elə Əliyev qurub.

Digər bir məlumatda isə vurğulanır ki, İlqar Əliyev həmçinin Müşfiq Rəhimovun mətbuatda «vurulması» prosesini də nəzarətində saxlayıb. Daha dəqiq, Əliyev Rəhimov haqqında yazan mətbuat orqanlarına hədə-qorxu gələrək, onlardan BDYPİ rəsmisi ilə bağlı yazıları dayandırmasını tələb edib. Hətta bu işdə ona özünə yaxın bir neçə mətbuat orqanının rəhbəri də yardımçı olub.

Maraqlı məqamlardan biri də odur ki, Müşafiq Rəhimov təkcə sıradan bir MTN-in zabiti ilə deyil, həmçinin DİN rəhbəri Ramil Usubova qarşı aparılmış kampaniyaların əsas icraçısı ilə bu qədər yaxın olub. Bildirək ki, İlqar Əliyev Ramil Usubovun haqqında kompromat məlumatların toplanılması, onun mətbuatda yerləşdirilməsi, habelə bu kompromatların sosial şəbəkələrdə yayılmasının həm ideyavericisi, həm də icraçısı olub. Bundan əlavə, DİN rəhbərinə qarşı aparılan «savaş»da da bütün ağırlıqlar onun üzərində olub və planları əsasən o və daha bir neçə general qururmuşlar.

Belə olan təqdirdə, BDYPİ-nin ən imkanlı şöbəsinə rəis müavini işləyən Müşfiq Rəhimovun İlqar Əliyevlə bu qədər isti münasibətlərinin arxasında daha nələr dayana bilər? Və ən əsası Müşfiq Rəhimov öz nazirinə qarşı kampaniya aparan biriylə niyə bir masa arxasında əyləşib, çörək yeyib və ya onunla bu qədər yaxın münasibətlər qurub?

Buradan ortaya çıxan bir neçə məqam var. Onlardan biri Müşafiq Rəhimovun təkcə dövlət nömrə nişanları ticarəti qurmaq üçün bu münasibətləri qurmasıdır. Digər versiya isə ondan ibarətdir ki, İlqar Əliyevlə Müşafiq Rəhimov arasındakı münasibətlər elə DİN başçısı Ramil Usubov haqqında daha dərin kompromatlar əldə etmək üçün yaradılıb. Bu da belə əsaslandırılır ki, Rəhimov BDYPİ-də heç də kiçik fiqur sayılmır və onun əlində ən azından nazir və ya onun yaxınları haqqında geniş bilgilərin olması mümkündür. Həmçinin nazirin, ona yaxın adamların, qohumlarının avtomobilləri barədə məlumatların əldə edilməsi üçün də Rəhimov əlverişli fiqurlardan sayıla bilər.

İkinci versiyanı irəli sürənlər belə bir fikir də yürüdürlər ki, MTN-lə Müşfiq Rəhimov arasındakı əlaqələrin qurulması üçün maddi məsələlərlə yanaşı, şantaj variantından da istifadə oluna bilərdi. Yəni, MTN-in Anti-Terror Mərkəzinin rəis müavini İlqar Əliyev onun hansısa mübhəm sirrini və ya gizli çəkilişini əldə edərək, bu yolla onu özünə tərəf çəkməyə nail olub. Və bu baş verdikdən sonra BDYPİ-nin «açar adamı»nın onların təsir dairəsinə düşməsi reallaşıb, ardından da ondan öz nazirinə qarşı istifadə olunub.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}